Icma.az
close
up
RU
ADY bu lisenziya və icazələrin alınmasından azad edilir

ADY bu lisenziya və icazələrin alınmasından azad edilir

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Nəqliyyat haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmayacaq.

Məlumat üçün bildirək ki, “Lisenziyalar və icazələr haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən lisenziyaların və icazələrin alınmasından azadolma halları müvafiq sahəni tənzimləyən qanunlarla müəyyən olunmalıdır. Qanunun bu tələbi nəzərə alınmaqla “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb. 

Müvafiq qurumun (“Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün zəruri olan lisenziya və icazələrin alınmasından azad olunmasını nəzərdə tutur. Lisenziya və icazələrin alınması tələb olunmayan işlərin siyahısı qanun qəbul olunduqdan sonra təsdiq ediləcək.

Bu dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə və öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. 

Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” və “Kosmik fəaliyyət haqqında” qanunlarla müvafiq olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Azərbaycan Respublikası Kosmik Agentliyinə (“Azərkosmos”a) də tətbiq edilib.

Qanun layihəsi I oxunuşda qəbul edilib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri