Icma.az
close
up
RU
ADY dan vətəndaşın şikayətinə belə CAVAB GƏLDİ

ADY dan vətəndaşın şikayətinə belə CAVAB GƏLDİ

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəsul Məmmədov adlı sərnişin sosial media hesabıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin baqaj qaydalarının sərt tətbiqi nəticəsində əlavə ödənişə məcbur edildiyini bildirir. 

“Cebheinfo.az” xəbər verir ki, sosial şəbəkə hesabında şikayətçi “Azərbaycan Dəmir Yolları” ilə yaşadığı problemlə bağlı narahatlığını qeyd edib.

Şikayətçi bildirib ki, Tbilisi–Bakı istiqamətində 231,29 manat dəyərində lüks sinif bileti almasına baxmayaraq, göstərilən xidmətlər gözləntilərini doğrultmayıb. 

Onun sözlərinə görə, Tbilisi–Bakı istiqamətinə bilet alarkən ayrıca kupe, yüksək səviyyəli xidmət və əlavə komfort gözləsə də, kupenin iki nəfərlik olduğu, qidalanmanın bilet qiymətinə daxil edilmədiyi və çay kimi sadə xidmətlərin belə təqdim olunmadığı məlum olub. 

O qeyd edib ki, əsas çamadanından əlavə 6 kiloqramlıq əl çantasına görə ondan 50 manat əlavə ödəniş tələb olunub.

Onun iddiasına görə, digər sərnişinin həmin çantanı öz adına rəsmiləşdirmək təklifi də qəbul edilməyib.
Rəsul Məmmədov qatarın internet xidmətinin işləmədiyini, kupedə televizorun fəaliyyət göstərmədiyini, vaqon-restorandakı qiymətlərin yüksək, sifarişlərin isə gec çatdırıldığını da bildirib.

O, əlavə xərcləri də nəzərə aldıqda qatarla səyahətin ona gözlədiyi üstünlüyü vermədiyini və gələcəkdə bu marşrut üzrə təyyarə ilə səyahətə üstünlük verəcəyini vurğulayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən səsləndirilən iddialara cavab olaraq “Cebheinfo.az”-a bildirilib ki, Bakı-Tbilisi qatarında vaqon-restoran fəaliyyət göstərir:

“Əlavə olaraq sərnişin gətirdiyi yeməyi bilet aldığı kupedə istifadə edə bilər. Hazırda biletlərin qiymətinə içki və ya yemək daxil deyil. İnternet məsələsinə gəldikdə, internetdən istifadə biletin qiymətlərinə daxildir. Artıq məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyun 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri