Icma.az
close
up
RU
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” KONKRET

“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dəmir Yolları (ADY) QSC ilə bağlı narazılıq və şikayətlər artmaqda davam edir. Gürcüstana qatarla səfər edən vətəndaşlar geri dönüş bileti ala biləcəklərinə əmin edildiyi halda bilet tapa bilmədiklərini, nəticədə isə yüksək qiymətə təyyarə bileti almağa məcbur qaldıqlarını bildirirlər. Onların sözlərinə görə, bu vəziyyət sərnişinlərin əlavə xərcə düşməsinə səbəb olur. Qeyd olunur ki, bu məhz insanların artıq xərcə düşməsi üçün məqsədli şəkildə edilir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, bu məsələlərin məqsədli və ya qeyri-məqsədli olmasından asılı olmayaraq görünən odur ki, ADY sərnişin sıxlığının öhdəsindən gələ bilmir və bununla bağlı da çıxış yolları tapmaqda aciz qalıb.

O qeyd edib ki, ADY müəyyən etdiyi fantastik qiymətlərdə belə sərnişinlərin tələbatlarına cavab verə bilmir: “Yəni dünyanın hər yerində  bilinir ki, zamanla, fəsillə və ya hər hansısa tədbirlərlə bağlı olaraq nə zaman sərnişin sıxlığı və ya azlığı yarana, rentabelli və ya rentabelsiz ola bilər. Yəni adi işləri də təşkil edə bilmirlərsə, dəmir yolu rəhbərliyi ən yaxşı halda istefa verib getsinlər. Pandemiyadan sonra dəmir yolları tam açılmayıb… Fəaliyyətinə baxsaq, sərnişin daşımaçılığı aşağı-yuxarı bir Gürcüstan istiqamətinədir, onu da təşkil edə bilmirlər… Böyük bir dövlət, şəbəkə olsaydıq, dəmir yolları xətləri olsaydı, onu necə idarə edəcəkdilər? İşləri gücləri ancaq yük daşımaqdır, yük gətirsinlər, aparsınlar və oradan şəxsi maraqlarını təmin etsinlər. Söhbət biletlərin çatışmazlığı, sistemdə görünüb-görünməməsi, burada kiminsə maraqlı olması məsələsidirsə, bunun özünü belə monitorinq edəcək qurumlar olmalıdır. Özləri bunu monitorinq, analiz, təftiş etməlidirlər. Lazım gələrsə, qanun pozuntusu varsa prokurorluğa, aidiyyatı qurumlara müraciət etməlidirlər. Bunların hamısı onların məsələsidir. Sadə vətəndaşlar, jurnalistlər, siyasətçilər müzakirə etməli deyil. Dəmir yollarının işi budur – sərnişin, vətəndaş məmnuniyyətini təşkil etməkdir”.

T.Abbaslı vurğulayıb ki, hazırda bir çox dövlət qurumlarının fəaliyyəti SSRİ prinsipləri üzərində qurulub: “Məsələn, o zaman SSRİ-nin avtomobil sənayesi 3-4 növ maşın istehsal edirdi. Bildirilirdi ki, maşınlar budur, istəyirsiniz alın, istəmirsiniz almayın. Yəni təəssüflə qeyd etməliyik ki, hazırda çoxlarının iş prinsipi budur: “Olan budur, biletin qiyməti budur istəyirsən, al və ya alma… Xidmət belədir”. Bu beyinlə idarəçilik olmamalıdır. Sovetin onsuzda sonunu bu düşüncə gətirdi. İnsanların seçim azadlığı, xidmət anlayışı yox idi. Bu baxımdan da Azərbaycan Dəmir Yollarına müraciət edirəm ki, müasir texnika və texnologiya zamanında lazımdırsa, gedin alın. Müzakirə etsinlər, yoxsa bəhanə yaratmaq asandır, jurnalistlərə ümumi sözlər deyək, siyasətçilərə ümumi cavablar deyib, yola verək… Yola vermə siyasətini kənara qoyub xidmət etməyə başlamaq lazımdır”.

Qeyd: “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, qurumun Sərnişin daşımaları departamentinin müdiri Azər Fərəcovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Avqust 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri