Icma.az
close
up
RU
ADY nin mühafizəçisi necə aldadılıb? KONKRET

ADY nin mühafizəçisi necə aldadılıb? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İmişli Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamxal Nurullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Lətafət Ağakişiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.

İttihama görə, Şamxal Nurullayev etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olan zərərçəkmiş Zabulla Qarayevi (soyadı şərtidir) aldatmaq qərarına gəlib. O, yüksək əmək haqqı olan işlə təmin edəcəyi barədə yalan vəd verərək, 2023-cü ilin sentyabr ayında İmişli rayonu, Çahar kəndi ərazisində yerləşən “Sünbül” adlı kafedə onunla görüşüb, 9000 manat məbləğində pulu aldıqdan sonra vədinə əməl etməyərək həmin pulu mənimsəyib.

Beləliklə, təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin 9000 manat məbləğində pul vəsaitini ələ keçirməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq cinayəti törədib.

Məhkəmə iclasında Şamxal Nurullayev özünü təqsirli bilib və ifadəsində göstərib ki, o, 2015-ci ildən 2023-cü ilin sonuna qədər Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin sürücüsü kimi çalışıb, həmçinin onun qardaşı oğludur.

Təqsirləndirilən şəxs İmişli rayon sakini, zərərçəkmiş Zabulla Qarayevi əvvəldən tanıdığını, onun əvvəllər işsiz olduğunu, deputat Razi Nurullayevin xahişi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin İmişli stansiyasında işə düzəldildiyini bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin sentyabr ayında İmişlidə olarkən Zəbulla ona müraciət edərək, iki nəfər tanışının pul müqabilində dəmir yolunda işlə təmin olunub-oluna bilməyəcəyini soruşub: “Zəbulla əlavə etdi ki, həmin şəxslər işə düzəlmək üçün müəyyən məbləğdə pul verməyə razıdırlar. Məsələ ilə maraqlanacağımı bildirib və təxminən iki gün sonra Zəbulla ilə yenidən əlaqə saxladım. O, isə mənə 9000 manat məbləğində pulu topladığını və gətirəcəyini dedi. Razılaşmaya əsasən, biz İmişli rayonunda yerləşən “Sünbül” adlı kafedə görüşdük, orada yemək yeyərkən Zəbulla 50 və 100 manatlıq əsginaslardan ibarət 9000 manat pulu mənə təqdim etdi. Pulu aldıqdan sonra Bakıya qayıtdım və həmin vəsaiti şəxsi ehtiyaclarım üçün xərclədim”.

Təqsirləndirilən şəxs aldığı pulu əsasən borclarının ödənilməsinə və şəxsi xərclərinə sərf etdiyini, maddi vəziyyətinin ağır olması səbəbindən belə addım atdığını qeyd edib.

Şamxal Nurullayev tutduğu əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulan ziyanı tam şəkildə ödədiyini, aralarında barışıq əldə olunduğunu, zərərçəkmişin ona qarşı şikayət və tələbinin qalmadığını, həmçinin vurulmuş zərərin 25 faizi – 2250 manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəmiş olduğunu söyləyib O, bu halları nəzərə alaraq cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə iclasında zərərçəkmiş Zabulla Qarayev ifadəsində deyib ki, 2021-ci ilin oktyabr ayından “Azərbaycan Dəmir Yolları” QSC-nin İmişli stansiyasında mühafizəçi vəzifəsində çalışıb, lakin aldığı əmək haqqı ilə ailəsini dolandıra bilməyib. Bu səbəbdən 2023-cü ilin yayında rayonun deputatı Razi Nurullayevin qəbuluna getmək qərarına gəlib. Orada onu rayondan tanıdığı Şamxal Nurullayev qarşılayıb və deputatla görüşü məhz özünün təşkil edəcəyini bildirib.

Zərərçəkmiş şəxs Şamxala iş axtardığını bildirəndə, o, 10 000 manat müqabilində aylıq 1000 manat maaşlı işə düzəldəcəyinə söz verib. Bu vədə inanaraq, zərərçəkmiş şəxs dostlarından və tanışlarından 10 gün ərzində 9000 manat məbləğində pul toplamağa nail oduğunu dilə gətirib.

Onun sözlərinə görə, Şamxalla İmişli rayonu, Qulubəyli kəndi ərazisində yerləşən “Sünbül” adlı kafedə görüb və orada ona 50 və 100 manatlıq əsginaslardan ibarət 9000 manat pulu təhvil verib: “Şamxal isə məbə nüfuzlu tanışlarının vasitəsilə işə düzəldəcəyini bildirdi. Təxminən iki həftə sonra Şamxal zəng edərək sənədlərin hazırlandığını və yaxın zamanda işə qəbul ediləcəyini vəd etdi. Lakin təxminən 3 ay keçməsinə baxmayaraq, vəd edilən işlə bağlı heç bir nəticə əldə olunmadı. Sonradan məlum oldu ki, Şamxal artıq işdən azad olunub”.

Zərərçəkmiş şəxs onun qohumları ilə əlaqə saxladığını, lakin pulu geri ala bilmədiyini söyləyib.

Bundan başqa, Zabulla Qarayev ibtidai istintaq zamanı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, Şamxala qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Oktyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri