ADY rəhbərliyi “InnoTrans 2026” sərgisində Fotolar
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Almaniya Federativ Respublikasında səfərdə olan Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi “InnoTrans” beynəlxalq nəqliyyat texnologiyaları sərgisini ziyarət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, sərgi çərçivəsində ADY rəhbərliyi bir sıra aparıcı nəqliyyat şirkətləri, o cümlədən Almaniyanın iri dəmir yolu operatoru və nəqliyyat şirkəti “Deutsche Bahn” və Türkiyə Dövlət Dəmir Yollarının nümayəndələri ilə görüşlər keçirib və əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıb.
Eyni zamanda, sərgidə iştirak edən “Siemens”, “Hitachi” və “Tesmec” kimi tanınmış texnologiya şirkətləri ilə dəmir yolu sənayesində süni intellektin inteqrasiyası, rəqəmsal dispetçer mərkəzlərinin yaradılması, yeni rəqəmsal həllərin tətbiqi və digər innovativ yanaşmalar üzrə təcrübələrin öyrənilməsi barədə fikir mübadiləsi aparılıb.
ADY nümayəndə heyəti həmçinin “InnoTrans 2026” sərgisi çərçivəsində keçirilən “Rail Leaders Summit” (Dəmiryol Rəhbərlərinin Görüşü) tədbirində dəmiryol sənayesinin inkişafı və əməkdaşlıq imkanları barədə müzakirələrdə iştirak edib.
“Qlobal miqyasda mobillik – layihələrin və inkişaf imkanlarının formalaşdırılması” mövzusunda keçirilən “InnoTrans 2026” sərgisində nəqliyyat sektorunda yaşıl texnologiyaların tətbiqi, hibrid lokomotivlər və enerji istehlakı cəhətdən səmərəli dəmir yolu əməliyyatları kimi məsələlərə diqqət çəkilir.
İki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan “InnoTrans” ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən böyük beynəlxalq sərgilərdən biridir.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 24 Sentyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















