Icma.az
close
up
RU
ADY sədrindən Bakı Tbilisi Qars Açıqlaması

ADY sədrindən Bakı Tbilisi Qars Açıqlaması

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Bu gün Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu modernləşdirmədən sonra daha böyük yükdaşıma imkanları ilə istifadəyə verildi. Layihənin uğurla tamamlanması həm ölkəmiz, həm də bütövlükdə region üçün əlamətdar hadisədir”​. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

O qeyd edib ki, BTQ dəmir yolu ənənəvi nəqliyyat bağlantısından Avrasiyanın strateji logistika arteriyalarından birinə çevrilib.

“Hazırda BTQ sadəcə alternativ marşrut deyil, Orta Dəhlizin mühüm struktur elementi kimi Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib infrastrukturdur.

BTQ-nin əhəmiyyəti ilk növbədə onun Şərq–Qərb tranzitində Azərbaycanın rolunu genişləndirməsi ilə bağlıdır. Bu xətt sayəsində logistika imkanlarımız Xəzər keçidi və Gürcüstan limanları ilə məhdudlaşmır, Türkiyə üzərindən Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var. Dəmir yolu və dəniz daşımalarının uğurlu inteqrasiyası ilə ölkəmiz klassik tranzit ölkəsi statusundan çıxaraq regional logistika platformasına çevrilib. 

BTQ-nin indiki səviyyəyə çatması üçün, cənab prezidentin hər dəfə qeyd etdiyi kimi, infrastruktura böyük investisiyalar qoyulub. 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bu dəmir yolunun Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. 

BTQ-nin Gürcüstan hissəsində hansı işlərin görüldüyünü qısaca qeyd etmək istərdim. 13 dəmir yolu stansiyası, həmçinin 200-ə yaxın bina və mühəndis qurğusu əsaslı təmir edilib. Enerji təchizatının yaxşılaşdırılması məqsədilə 200 km-dən çox kontakt şəbəkəsi xətti yenilənib, eyni zamanda, 340 km uzunluğunda 10 kV-luq elektrik xətti təmir olunub. Daha dayanıqlı əməliyyatlar üçün 61 km yeni dəmir yolu xətti çəkilib. Həmçinin ətraf infrastruktur 41 km yeni avtomobil və piyada yolu ilə təkmilləşdirilib.

Mühüm məqamlardan biri bu işlərin böyük hissəsinin çətin dağlıq relyefdə, şaxtalı qış və quraqlıq yay kimi sərt iqlim şəraitində görülməsidir. Bunlara baxmayaraq, modernləşdirmə layihəsi vaxtında və uğurla tamamlanıb.

Paralel olaraq Azərbaycan tərəfində də mühüm işlər görülüb. ADY Bakı–Böyük Kəsik sahəsində əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib. Qeyd etdiklərim görülmüş işlərin texniki dildə yox, sadə dildə icmalıdır deyə bilərəm. Çünki, bildiyiniz kimi, bu cür layihələrin texniki detallarını saymaqla bitmir. 

Modernləşdirmə işlərindən sonra, 18 mayda Azərbaycan və Gürcüstan rəhbərlərinin iştirakı ilə BTQ dəmir yolu xətti layihəsinin təhvil-təslimi üzrə yekun akt, eləcə də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə salınması ilə bağlı sənədlər imzalanıb. 

Yenilənmiş BTQ Çin və Mərkəzi Asiyanı Avropaya bağlayan ən qısa və çevik quru marşrutlarından biri kimi daha funksional və səmərəli bağlantı statusundadır. Xüsusilə Çin tərəfi ilə imzaladığımız sənədlərdə Orta Dəhliz boyunca yükdaşımaların təkmilləşdirilməsi üçün BTQ-dən daha geniş istifadənin təşviqinə xüsusi diqqət ayırmışıq. Və bu proses artıq reallaşma mərhələsindədir.

Fürsətdən istifadə edib bu layihədə böyük əmək sərf edən Azərbaycan inşaatçıları, mühəndisləri, dəmiryolçuları, texniklərinə və digər bütün peşəkarlara təşəkkürümü bildirirəm. Onların gördüyü işlər həm Azərbaycanın, həm də regionun nəqliyyat xəritəsində yeni imkanları əlçatan edib”, - sədr qeyd edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyun 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri