Icma.az
close
up
RU
ADY sədrinin müşaviri: “Ötən ildən etibarən dəmir yolunda karbon emissiyası 9 % azalıb”

ADY sədrinin müşaviri: “Ötən ildən etibarən dəmir yolunda karbon emissiyası 9 % azalıb”

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan dəmir yolları Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində hədəflərə çatmaq üçün karbon emissiyalarının azaldılması, dəmir yollarının elektrikləşdirilməsi və istehsalatda alternativ enerji mənbələrinə keçid kimi nailiyyətlər əldə edib.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Tural Abbaslı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Qlobal İqlim Fəaliyyəti üzrə Mərakeş Tərəfdaşlığının Nəqliyyat üzrə əlaqələndirici qrupunun təşkilatçılığı ilə “Nəqliyyat üçün ambisiyalar: Ədalətli və bərabər 1,5°C gələcəyə doğru irəli” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

T.Abbaslı bildirib ki, 2023-cü ildən etibarən ADY enerji istehlakını 5 %, təbii qaz istehlakını 16 %, su sərfiyyatını 23 %, karbon emissiyasını isə 9 % azaltmağa müvəffəq olub: “Ötən il sərnişinlərin 100 %-nin, yüklərin isə 80 %-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib”.

ADY sədrinin müşaviri qeyd edib ki, Azərbaycan dəmir yollarında əməliyyatların səmərəliliyi və dekarbonizasiya istiqamətində atılan ilk addımlardan biri əməliyyatların rəqəmsallaşdırılması olub: “Bunun nəticəsində yanacaq sərfiyyatı azaldılıb, kağızsız əməliyyatlar daha geniş tətbiq olunur. Eyni zamanda, Azərbaycanda şəhər mobilliyinin təmin olunması üçün nəqliyyat qurumları arasında səmərəli koordinasiya təşkil olunur, həmçinin elektrik qatarları ilə sərnişindaşımalara dövlət subsidiyalarının ayrılması mərhələli şəkildə öz həllini tapır”.

T.Abbaslı əlavə edib ki, innovativ həllər nəticəsində əməliyyatlarda aşağı emissiyalara nail olmaq üçün atılan addımlardan biri ADY-də Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması olub.

Tədbirdə çıxış edən beynəlxalq təşkilatların nümayəndələri COP29 çərçivəsində nəqliyyatda 1,5°C hədəfinə çatmaq məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqinin vacibliyini vurğulayıb, iqlim maliyyələşməsi üçün dövlət və özəl sektora çağırışlar ediblər.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Noyabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see581

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see127

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see127

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see126

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see124

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see124

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see122

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri