“Euronews“ lDEA nın Azərbaycanda gördüyü ekoloji tədbirlərə dair material dərc edib VİDEO
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan biomüxtəlifliyin itirilməsinə və ekoloji təzyiqlərə cavab olaraq, mühafizə olunan əraziləri genişləndirir və gələcək nəsillər üçün təbiəti qorumaq məqsədilə dəniz mühitinə yönələn təhdidlərə qarşı mübarizə aparır.
Moderator.az xəbər verir ki, bu barədə "Euronews" telekanalında dərc edilən materialda deyilir.
Qeyd edilir ki, IDEA İctimai Birliyi Azərbaycanın ekoloji tədbirlərində getdikcə daha mühüm rol oynayır. Təşkilat milli təsisatlarla birgə həm quruda, həm də Xəzər dənizində biomüxtəlifliyin qorunması istiqamətində fəaliyyət göstərir.
"Mühafizə tədbirlərinə qorunan ərazilərin genişləndirilməsi, Qafqaz zubru kimi nəsli kəsilmək təhlükəsi altında olan növlərin bərpası və Xəzər sahilləri boyunca çirklənməyə qarşı mübarizə daxildir", - deyə materialda bildirilir.
Qeyd olunur ki, ekoloji təzyiqlərin artdığı bir şəraitdə mütəxəssislər müzakirələrdən real və konkret addımlara keçidin vacibliyini vurğulayırlar:
"Vəhşi təbiətin qorunmasından dəniz mühitinin mühafizəsinə qədər təşəbbüslər getdikcə daha çox dayanıqlılığa, əməkdaşlığa və ekosistemləri və təbii ehtiyatları gələcək nəsillər üçün qorumağa yönəlmiş uzunmüddətli həllərə cəmlənir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Dekabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















