Icma.az
close
up
RU
ADY Şimal Cənub dəhlizində irimiqyaslı modernləşdirilmə layihəsinə başlayır

ADY Şimal Cənub dəhlizində irimiqyaslı modernləşdirilmə layihəsinə başlayır

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Biləcəri-Yalama dəmir yolu xəttinin enerji təchizatı, siqnalizasiya və rabitə sistemlərinin müasirləşdirilməsi məqsədilə layihələndirmə və tikinti-quraşdırma işlərinə start verilir.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC hazırlıqlara başlayıb.

Məlumata görə, Azərbaycan hökuməti "Azərbaycan dəmir yollarının enerji təchizatı, işarəvermə və rabitə sistemlərinin yenidən qurulması (Biləcəri-Yalama) layihəsi" çərçivəsində maliyyə resurslarının təmin edilməsi məqsədilə Asiya İnkişaf Bankına (ADB) müraciət edib. Həmin müraciət əsasında ayrılmış vəsaitin müəyyən hissəsinin yuxarıda qeyd olunan müqavilə üzrə ödənişlərin həyata keçirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. İddiaçılar təkliflərini mayın 29-na qədər təqdim edə bilərlər.

Bu layihə, ADY-nin beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən Azərbaycanın şimal-cənub və şərq-qərb dəmir yolu dəhlizlərinin əsas elementlərini təşkil edən Biləcəri-Yalama və Bakı-Böyük Kəsik dəmir yolu sahələri boyunca 25 kV-luq dəyişən cərəyanlı enerji təchizatı, siqnalizasiya və rabitə sistemlərinin modernləşdirilməsini əhatə edən daha geniş miqyaslı proqramın ayrılmaz hissəsidir.

Proqram daxilində reallaşdırılan birinci layihə, regional yükdaşımalarını dəstəkləyən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizində mühüm əlaqələndirici funksiyanı yerinə yetirən Biləcəri-Yalama dəmir yolu sahəsini əhatə edir. Bu hissə təqribən 192 km uzunluğunda ikixətli dəmir yolu xəttindən və 15 stansiyadan ibarətdir. Layihələndirmə mərhələsi daxil olmaqla, layihələndirmə və tikinti işlərinin təxminən 42 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Biləcəri (Biləcəri stansiyası istisna edilməklə) – Yalama dəmir yolu sahəsi həm sərnişin, həm də yükdaşımalarını təmin edən, 1 520 mm rels izinə malik ikixətli ənənəvi dəmir yolu xəttidir. Dəmir yolu xəttinin və əlaqədar infrastrukturun bərpası yaxın vaxtlarda tamamlanıb. Dəhliz enerji təchizatı, siqnalizasiya və rabitə sistemləri ilə təmin olunsa da, mövcud sistemlər mənəvi və fiziki cəhətdən köhnəlib, beynəlxalq standartlara uyğun müasir avadanlıqlarla əvəzlənməsinə zərurət yaranıb. Layihənin başlıca hədəfi bu marşrutda təhlükəsizlik səviyyəsini yüksəltmək, istismar sürətini və məhsuldarlığı artırmaq, eyni zamanda dəmir yolu xidmətlərinin etibarlılığını və əlçatanlığını təmin etməkdir. İşlər çərçivəsində əsas dəmir yolu xəttinin minimum 50 km-lik hissəsində kontakt şəbəkəsinin, siqnalizasiya sistemlərinin təchizatı və quraşdırılması, habelə minimum 5 stansiyanın rabitə sistemlərinin təchizatı və montajı nəzərdə tutulub.

ADB Biləcəri-Yalama dəmir yolu xəttinin elektrikləşdirilməsi, siqnalizasiya və telekommunikasiya layihəsi üçün 325 milyon ABŞ dolları ayırmağı nəzərdən keçirir. ADB-nin Direktorlar Şurasında bu kreditin təsdiqi isə 2027-ci il iyunun 17-nə planlaşdırılıb.

Layihə ADB, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək.

Bu xətt Şimal–Cənub dəmir yolu dəhlizinin bir hissəsidir və "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq yük daşımalarına xidmət edir. İxracların əksəriyyəti ya Bakı-Böyük Kəsik, ya da Biləcəri-Yalama marşrutu ilə həyata keçirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri