TRACECA: Üzv dövlətlər milli infrastrukturun inkişafında irəliləyişlər əldə edib
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə (TRACECA) üzv dövlətlər milli infrastrukturun inkişafında nəzərəçarpacaq irəliləyişlər əldə edib.
“Report” xəbər verir ki, bunu TRACECA-nın baş katibi Asset Asavbayev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
"Buna baxmayaraq, bu yolda səylərimizi uyğunlaşdırmalıyıq. Sərhəd infrastrukturumuzun imkanlarını və səmərəli tranziti asanlaşdırmaq üçün uyğunlaşdırılmalar aparılmalıdır. Bundan başqa, nəqliyyat sektorunda rəqəmsal əlaqə və elektron məlumat mübadiləsi təkmilləşdirilməlidir. Bu, bütün dəhliz dövlətlərinin prioriteti olmalıdır" - deyə o qeyd edib.
Baş katibin sözlərinə görə, ötən ay Azərbaycan və Gürcüstanın 8 İT sistemi arasında inteqrasiyaya nail olunub: "Hazırda biz Türkiyə və Gürcüstanın İT sistemlərinin inteqrasiyası üzərində fəal işləyirik. Hər bir ölkə daxilində müxtəlif maraqlı tərəflər arasında rahat ünsiyyəti təmin etməliyik. Rəqəmsal əlaqə nəqliyyat sistemlərimizə artan təzyiqləri azaltmaq üçün çox vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 20 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















