Icma.az
close
up
RU
TRACECA Avropanı Asiya ilə qovuşduran Qafqaz yolu

TRACECA Avropanı Asiya ilə qovuşduran Qafqaz yolu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan coğrafi mövqeyi və nəqliyyat potensialı baxımından Avropa ilə Asiya arasında körpü rolunu oynayan mühüm bir ölkədir. Bu kontekstdə Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizi – TRACECA Proqramı Azərbaycanın xarici iqtisadi siyasətində və nəqliyyat strategiyasında xüsusi yer tutur. TRACECA Proqramının əsas məqsədi üzv ölkələr arasında multimodal daşımaların inkişafı, tranzit imkanlarının genişləndirilməsi, eləcə də ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsidir. Bu proqramın təşəbbüskarlarından biri olan Ümummilli lider Heydər Əliyevin onun reallaşmasında və beynəlxalq aləmdə nüfuz qazanmasında mühüm rolu xüsusi diqqət çəkir.

Xatırladaq ki, 1998-ci il sentyabrın 7-8-də Bakıda keçirilən və 13 ölkənin nümayəndələrinin iştirak etdiyi Beynəlxalq TRACECA Konfransı çərçivəsində “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb. Bu sənəd ötən müddətdə region ölkələrinin nəqliyyat infrastrukturunun uyğunlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və dəhliz boyunca təhlükəsiz, rəqabətqabiliyyətli daşımaların təşviqi baxımından əsaslı önəm daşıyıb.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə 2001-ci il fevralın 21-də Bakıda TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin açılması isə ölkəmizin bu proqramdakı fəallığından irəli gəlib. Katibliyin məhz Bakı şəhərində yerləşməsi Azərbaycanın nəqliyyat qovşağı kimi strateji rolunu daha da gücləndirib.

TRACECA çərçivəsində son illərdə respublikamızda mühüm infrastruktur layihələri həyata keçirilib. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən qurulmasına, Bakı – Tbilisi – Qars dəmir yolu xəttinin, avtomobil yollarının müasirləşdirilməsinə, beynəlxalq tələblərə uyğunlaşdırılmasına başlanılıb. Bundan başqa, Azərbaycanın gömrük və sərhəd idarəetmə sistemində rəqəmsallaşma və sadələşdirmə yönümlü islahatlar bu dəhliz ilə tranzit proseslərinin səmərəliyini və cəlbediciliyini yüksəldib. Bu addımlar nəticəsində ölkəmiz Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində etibarlı tranzit tərəfdaşına çevrilib.

TRACECA Proqramı yalnız nəqliyyat layihəsi deyil, həm də regional sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafın təşviqinə yönələn genişmiqyaslı platformadır. Bu platforma çərçivəsində Azərbaycanın oynadığı rol təkcə milli maraqların deyil, həm də bölgə və qlobal nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edir.

Nəticə etibarilə, TRACECA proqramının icrası respublikamız üçün regional liderlik mövqeyini möhkəmləndirən, eyni zamanda, ölkənin qeyri-neft sektorunun və logistika imkanlarının inkişafına töhfə verən strateji istiqamət kimi daim diqqət çəkib. Bu istiqamətdə gerçəkləşdirilən məqsədyönlü siyasət Azərbaycanı Avrasiya məkanında dayanıqlı və səmərəli nəqliyyat qovşağına çevirib. Ümumiyyətlə, TRACECA Proqramı fəaliyyət göstərdiyi ötən illər ərzində üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsinə, eləcədə həmin ölkələrin iqtisadi potensialının artırılmasına mühüm töhfələr verib.

Azərbaycan Respublikası Avropa – Qafqaz – Asiya regionunda nəqliyyat dəhlizlərinin və əlaqəli infrastrukturun inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, bir sıra layihələrin həyata keçirilməsi üçün sərmayələr yatırır, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığı daim diqqətdə saxlayır. Bununla bağlı onu da bildirək ki, respublikamız region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq – Qərb və Cənub – Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır.

Yeri gəlmişkən, təkcə TRACECA deyil, digər beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən layihələr daşınan yüklərin həcminə öz müsbət təsirini göstərib. Dövlət Sttistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar – mart aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3 milyon 672,1 min ton, dəniz nəqliyyatı ilə 1 milyon 763,9 min ton və avtomobil nəqliyyatı ilə 2 milyon 553 min ton yük daşınıb. Şərq – Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 3 milyon 994,8 min ton, o cümlədən Avropa – Qafqaz –Asiya nəqliyyat dəhlizi ilə 1 milyon 875,4 min ton, Şimal – Cənub nəqliyyat dəhlizi ilə 2 milyon 441,1 min ton, Şimal – Qərb nəqliyyat dəhlizi ilə 1 milyon 418,4 min ton, Cənub – Qərb nəqliyyat dəhlizi ilə isə 1 milyon 34,7 min ton təşkil edib.

Satistika Komitəsinin məlumatında o da bildirilir ki, cari ilin birinci rübündə TRACECA nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə daşınan yüklərin həcmi 1 milyon 875,4 min ton olub.

Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri

TRACECA-nın uğurları beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsindən və ən azı onun qədər əhəmiyyət kəsb edən, həyata keçirilən düzgün siyasətdən qaynaqlanır. Belə ki, hələ uzun illər öncədən respublikamızda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində qəbul edilən davamlı və sistemli qərarlar nəticəsində ölkə istənilən növ daşınmanı həyata keçirməyə, qəbul etməyə, saxlamağa və yola salmağa qadirdir.

Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən, layihələr həyata keçirən Azərbaycan Respublikası, nəhayət, 2005-ci ildə Şimal – Cənub Nəqliyyat Dəhlizinə də qoşuldu. Beləliklə, ölkənin Şərq – Qərb (Böyük İpək Yolu) və Şimal – Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat tranzit qovşağına çevrilmək imkanları daha da artdı. Onu da qeyd edək ki, Azərbaycan yeganə ölkədir ki, Şimal – Cənub və Şərq – Qərb nəqliyyat dəhlizləri layihələrinin hər ikisində də iştirak edir.

Bu gün “Dəmir İpək Yolu” adlandırılan BTQ dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. BTQ-nin qarşısına isə Çindən və Cənub – Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınması əsas vəzifə kimi qoyulub. İnamla demək olar ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar vəd edir. Beləliklə, Avrasiyanın nəqliyyat xəritəsini yeniləyən BTQ Azərbaycanı əhəmiyyətli tranzit daşımalar mərkəzinə çevirib və bu yol ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq.

Bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin – Avropa – Çin arasında əsas həlledici qüvvəyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrin də rəvac verdiyi bir sıra səbəblərdən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.

Onu da qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında azad iqtisadi zonanın yaradılması istiqamətində intensiv işlər aparılır. Bu da ölkəmiz üçün uzunmüddətli iqtisadi perspektivlər vəd edir. Orta Dəhlizin digər marşrutlara inteqrasiyası isə gözlənilən dividendləri daha da artıracaq. Orta Dəhliz marşrutu ilə daşınan yüklər həm də Azərbaycanın ərazisindən keçən Şimal – Cənub və Şərq – Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Eyni zamanda, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Şərqi Zəngəzur regionunda da dəhlizin inkişaf etdirilməsi perspektivləri mövcuddur. Zəngəzur vasitəsilə Naxçıvandan Türkiyəyə, oradan isə daha geniş coğrafiyaya çıxış mümkündür. Başqa sözlə desək, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə daşınma imkanları daha da genişlənəcək. Bu da bütün region dövlətləri üçün yeni fürsətlər yaradacaq.

Bu məqamda xüsusilə qeyd edək ki, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün” Fəaliyyət Planının qəbulu zamanında verilən, yüksək siyasi-iqtisadi və strateji əhəmiyyətə malik bir qərardır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:314
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri