Icma.az
close
up
RU
ADY və “Stadler Bakıda Təlim və İnkişaf Mərkəzinin yaradılmasına dair müqavilə imzalayıb

ADY və “Stadler Bakıda Təlim və İnkişaf Mərkəzinin yaradılmasına dair müqavilə imzalayıb

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və İsveçrənin “Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer noyabrın 19-da Bakı şəhərində Təlim və İnkişaf Mərkəzinin yaradılmasına dair müqavilə imzalayıblar.

Bu barədə "Operativ Media" ADY-yə istinadən xəbər verir.

Bildirilib ki, müqaviləyə əsasən, Təlim və İnkişaf Mərkəzinin 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Mərkəz Azərbaycanda dəmiryol sahəsində gənc və peşəkar kadrların yetişdirilməsi və strateji kadr potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Təlim və İnkişaf Mərkəzinin yaradılması yeni nəsil hərəkət vasitələrinə texniki qulluğun göstərilməsi və istismarı üçün kadr hazırlığına əhəmiyyətli töhfə verəcək. Mərkəzdə regionda “Stadler” qatarlarını idarə edəcək maşinistlərin təlimləndirilməsi də planlaşdırılır.

“Stadler Rail Group” şirkəti Mərkəzin layihələndirilməsi və tikintisinə, texniki avadanlıqlarla, o cümlədən praktiki məşğələlər üçün müasir simulyatorlarla təchizatına dəstək verəcək.

“Stadler Rail Group” şirkəti Mərkəzin layihələndirilməsi, tikintisi, texniki təminatı, o cümlədən praktiki məşğələlər üçün simulyatorların alınmasını maliyyələşdirəcək. Yeni nəsil simulyatorlar maşinist və maşinist köməkçilərinin hazırlanması və texniki biliklərinin təkmilləşdirilməsinə geniş imkan yaradacaq. Mərkəzin fəaliyyəti təkcə texniki biliklərin tədrisi ilə məhdudlaşmayacaq, gələcəkdə idarəetmə sahəsində də təlim proqramları həyata keçiriləcək. Burada əməkdaşlar müasir tədris vasitələri ilə təchiz olunmuş mühitdə, real iş şəraitinə uyğun təlimlər keçəcəklər. Dünyada sənaye sahəsi sürətlə inkişaf etdiyindən peşə bacarıqlarının keyfiyyətlə və qısa müddətdə öyrədilməsi zərurəti belə təlim mərkəzlərinə ehtiyacı artırır.

Hazırda ADY-də texniki sahədə çalışan əməkdaşların 50 faizinin daha innovativ və yeni texniki trendlərə uyğun ixtisaslaşdırılmasına ehtiyac var. Yeni Təlim və İnkişaf Mərkəzi mütəxəssis çatışmazlığı riskini əhəmiyyətli dərəcədə aradan qaldıracaq.

Mərkəzin binası 4 mərtəbədən, təlim otaqları, simulyator otaqları, ofislər, kompüter laboratoriyaları və yeməkxanadan ibarət olacaq, həmçinin təlimlərə regionlardan qatılan ADY əməkdaşlarının burada qalması üçün otaqlar ayrılacaq. Layihə çərçivəsində Təlim və İnkişaf Mərkəzi günəş panelləri ilə təchiz olunacaq. Bu təşəbbüslə ADY ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsiplərinə uyğun şəkildə bərpa olunan enerji istifadəsinə doğru daha bir strateji addım atır. Günəş enerjisinin tətbiqinin genişləndirilməsi isə müəssisəyə karbon izini azaltmağa və ekoloji davamlılığa töhfə verməyə şərait yaradır.

İmzalanma mərasimində iştirak edən “Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer yeni Təlim və İnkişaf Mərkəzinin yaradılmasını ADY ilə əməkdaşlığın daha bir uğurlu nəticəsi kimi qiymətləndirib:

“ADY ilə strateji tərəfdaşlıq çərçivəsində müasir Təlim və İnkişaf Mərkəzinin yaradılması haqqında müqaviləni imzalamaqdan çox məmnunuq. Bu Mərkəzin uğurla fəaliyyət göstərəcəyinə və bütün gözləntiləri qarşılayacağına əminik. İnanırıq ki, Təlim və İnkişaf Mərkəzi nəinki Azərbaycanda, regionda da “Stadler” və ADY brendlərinin təşviqinə öz töhfəsini verəcək”.

ADY-də müasir standartlara cavab verəcək yeni Təlim və İnkişaf Mərkəzinin yaradılması məqsədilə bir il ərzində Almaniya, Türkiyə və İspaniya kimi ölkələrin müvafiq təcrübələri yerində öyrənilib, təhlil edilib, ən yaxşı nümunələr üzərində müzakirələr aparılıb. Yekun olaraq Mərkəzin konsepsiyasının Almaniya Dəmir Yolları Akademiyası (“Deutsche Bahn Rail Academy”) ilə əməkdaşlıq çərçivəsində hazırlanması barədə qərar qəbul edilib.

Yeni Mərkəz vasitəsilə dəmiryol sektorunda nəzəri və praktiki təlimlərin genişləndirilməsi, peşə və ali təhsil müəssisələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq təcrübələrin ölkəmizə inteqrasiyası təmin ediləcək. Bununla yanaşı, Mərkəzdə hazırlanacaq peşəkar mütəxəssislər Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin potensialının daha da artırılmasına töhfə verəcəklər. Beləliklə, rəqəmsal həllərin davamlı tətbiqi və təhlükəsiz daşımalar sahəsində qabaqcıl mövqe qazanaraq ADY-nin beynəlxalq dəhlizlərdəki strateji mövqeyi daha da güclənəcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında ADY və “Stadler Rail Group” şirkəti arasında dəmiryol nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. Anlaşmaya əsasən, Böyükşor ərazisində tikiləcək Regional Servis Mərkəzi Azərbaycan daxil olmaqla qonşu ölkələrdə də geniş istismar edilən “Stadler” hərəkət tərkiblərinin irihəcmli təmirinin həyata keçirilməsinə imkan yaradacaq.

Yeni Təlim və İnkişaf Mərkəzi Regional Servis Mərkəzi üçün də peşəkar texniki mütəxəssislərin hazırlanmasına töhfə verəcək.

Qeyd edək ki, ADY əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə davamlı olaraq müxtəlif sahələrdə təlimlər təşkil edir. İşçilərin təlim ehtiyaclarını qarşılamaq üçün 2024-cü il üzrə 1 milyon manat vəsait ayrılıb. Bu ilin 10 ayında 5 minə yaxın əməkdaşa 225 adda təlim keçirilib.

ADY-nin regionlardakı əməkdaşlarının təlim ehtiyaclarının çevik şəkildə qarşılanması məqsədilə bir sıra layihələr uğurla tamamlanıb. Bu layihələrdən biri olan “AnzerA” onlayn təlim platforması işçilərə istənilən yerdən, istənilən vaxt öz biliklərini artırmaq üçün təlim materiallarına çıxış imkanı verir. Əməkdaşlar burada müxtəlif peşəkar mövzularda təlimlərə qoşula biləcək, həmçinin tədris materiallarını asanlıqla əldə edirlər.

Bundan başqa, “Təlim qatarı” layihəsi üzərində işlər tamamlanmaq üzrədir. Bu layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən ADY əməkdaşlarının təlim ehtiyacları yerindəcə təmin ediləcək.

Eyni zamanda, ADY gənclərin xaricdə dəmiryol ixtisası üzrə təhsilinə xüsusi diqqət ayırır. Bu yaxınlarda bir qrup tələbə ADY-nin təqaüd proqramını qazanıb və təhsilini Rusiya Nəqliyyat Universitetində davam etdirir. Hazırda Çin və Rusiyanın nəqliyyat sahəsi üzrə digər qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları öyrənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 19 Noyabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see227

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see215

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see198

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see195

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see183

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see168

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see148

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see144

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see139

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see137

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri