Icma.az
close
up
RU
“Azərbaycan Dəmir Yolları” və “Stadler Rail Group” Təlim və İnkişaf Mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalayıb AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” və “Stadler Rail Group” Təlim və İnkişaf Mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalayıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və İsveçrənin “Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer Bakı şəhərində Təlim və İnkişaf Mərkəzinin yaradılmasına dair müqavilə imzalayıb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, Təlim və İnkişaf Mərkəzinin 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Mərkəz Azərbaycanda dəmiryol sahəsində gənc və peşəkar kadrların yetişdirilməsi və strateji kadr potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Təlim və İnkişaf Mərkəzinin yaradılması yeni nəsil hərəkət vasitələrinə texniki qulluğun göstərilməsi və istismarı üçün kadr hazırlığına əhəmiyyətli töhfə verəcək. Mərkəzdə regionda “Stadler” qatarlarını idarə edəcək maşinistlərin təlimləndirilməsi də planlaşdırılır.

“Stadler Rail Group” şirkəti Mərkəzin layihələndirilməsi və tikintisinə, texniki avadanlıqlarla, o cümlədən praktiki məşğələlər üçün müasir simulyatorlarla təchizatına dəstək verəcək. “Stadler Rail Group” şirkəti Mərkəzin layihələndirilməsi, tikintisi, texniki təminatı, o cümlədən praktiki məşğələlər üçün simulyatorların alınmasını maliyyələşdirəcək. Yeni nəsil simulyatorlar maşinist və maşinist köməkçilərinin hazırlanması və texniki biliklərinin təkmilləşdirilməsinə geniş imkan yaradacaq. Mərkəzin fəaliyyəti təkcə texniki biliklərin tədrisi ilə məhdudlaşmayacaq, gələcəkdə idarəetmə sahəsində də təlim proqramları həyata keçiriləcək. Burada əməkdaşlar müasir tədris vasitələri ilə təchiz olunmuş mühitdə, real iş şəraitinə uyğun təlimlər keçəcəklər. Dünyada sənaye sahəsi sürətlə inkişaf etdiyindən peşə bacarıqlarının keyfiyyətlə və qısa müddətdə öyrədilməsi zərurəti belə təlim mərkəzlərinə ehtiyacı artırır.

Hazırda ADY-də texniki sahədə çalışan əməkdaşların 50 faizinin daha innovativ və yeni texniki trendlərə uyğun ixtisaslaşdırılmasına ehtiyac var. Yeni Təlim və İnkişaf Mərkəzi mütəxəssis çatışmazlığı riskini əhəmiyyətli dərəcədə aradan qaldıracaq.

Mərkəzin binası 4 mərtəbədən, təlim otaqları, simulyator otaqları, ofislər, kompüter laboratoriyaları və yeməkxanadan ibarət olacaq, həmçinin təlimlərə regionlardan qatılan ADY əməkdaşlarının burada qalması üçün otaqlar ayrılacaq. Layihə çərçivəsində Təlim və İnkişaf Mərkəzi günəş panelləri ilə təchiz olunacaq. Bu təşəbbüslə ADY ESG (Ətraf mühit, Sosial və İdarəetmə) prinsiplərinə uyğun şəkildə bərpaolunan enerji istifadəsinə doğru daha bir strateji addım atır. Günəş enerjisinin tətbiqinin genişləndirilməsi isə müəssisəyə karbon izini azaltmağa və ekoloji davamlılığa töhfə verməyə şərait yaradır.

İmzalanma mərasimində iştirak edən “Stadler Rail Group” şirkətinin icraçı vitse-prezidenti Daniel Baer yeni Təlim və İnkişaf Mərkəzinin yaradılmasını ADY ilə əməkdaşlığın daha bir uğurlu nəticəsi kimi qiymətləndirib: “ADY ilə strateji tərəfdaşlıq çərçivəsində müasir Təlim və İnkişaf Mərkəzinin yaradılması haqqında müqaviləni imzalamaqdan çox məmnunuq. Bu mərkəzin uğurla fəaliyyət göstərəcəyinə və bütün gözləntiləri qarşılayacağına əminik. İnanırıq ki, Təlim və İnkişaf Mərkəzi nəinki Azərbaycanda, regionda da “Stadler” və ADY brendlərinin təşviqinə öz töhfəsini verəcək”.

ADY-də müasir standartlara cavab verəcək yeni Təlim və İnkişaf Mərkəzinin yaradılması məqsədilə bir il ərzində Almaniya, Türkiyə və İspaniya kimi ölkələrin müvafiq təcrübələri yerində öyrənilib, təhlil edilib, ən yaxşı nümunələr üzərində müzakirələr aparılıb. Yekun olaraq mərkəzin konsepsiyasının Almaniya Dəmir Yolları Akademiyası (“Deutsche Bahn Rail Academy”) ilə əməkdaşlıq çərçivəsində hazırlanması barədə qərar qəbul edilib.

Yeni Mərkəz vasitəsilə dəmiryol sektorunda nəzəri və praktiki təlimlərin genişləndirilməsi, peşə və ali təhsil müəssisələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və beynəlxalq təcrübələrin ölkəmizə inteqrasiyası təmin ediləcək. Bununla yanaşı, Mərkəzdə hazırlanacaq peşəkar mütəxəssislər Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən Orta Dəhlizin potensialının daha da artırılmasına töhfə verəcəklər. Beləliklə, rəqəmsal həllərin davamlı tətbiqi və təhlükəsiz daşımalar sahəsində qabaqcıl mövqe qazanaraq ADY-nin beynəlxalq dəhlizlərdəki strateji mövqeyi daha da güclənəcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında ADY və “Stadler Rail Group” şirkəti arasında dəmiryol nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. Anlaşmaya əsasən, Böyükşor ərazisində tikiləcək Regional Servis Mərkəzi Azərbaycan daxil olmaqla qonşu ölkələrdə də geniş istismar edilən “Stadler” hərəkət tərkiblərinin irihəcmli təmirinin həyata keçirilməsinə imkan yaradacaq.

Yeni Təlim və İnkişaf Mərkəzi Regional Servis Mərkəzi üçün də peşəkar texniki mütəxəssislərin hazırlanmasına töhfə verəcək.

Qeyd edək ki, ADY əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə davamlı olaraq müxtəlif sahələrdə təlimlər təşkil edir. İşçilərin təlim ehtiyaclarını qarşılamaq üçün 2024-cü il üzrə 1 milyon manat vəsait ayrılıb. Bu ilin 10 ayında 5 minə yaxın əməkdaşa 225 adda təlim keçirilib.

ADY-nin regionlardakı əməkdaşlarının təlim ehtiyaclarının çevik şəkildə qarşılanması məqsədilə bir sıra layihələr uğurla tamamlanıb. Bu layihələrdən biri olan “AnzerA” onlayn təlim platforması işçilərə istənilən yerdən, istənilən vaxt öz biliklərini artırmaq üçün təlim materiallarına çıxış imkanı verir. Əməkdaşlar burada müxtəlif peşəkar mövzularda təlimlərə qoşula biləcək, həmçinin tədris materiallarını asanlıqla əldə edirlər.

Bundan başqa, “Təlim qatarı” layihəsi üzərində işlər tamamlanmaq üzrədir. Bu layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən ADY əməkdaşlarının təlim ehtiyacları yerindəcə təmin ediləcək.

Eyni zamanda, ADY gənclərin xaricdə dəmiryol ixtisası üzrə təhsilinə xüsusi diqqət ayırır. Bu yaxınlarda bir qrup tələbə ADY-nin təqaüd proqramını qazanıb və təhsilini Rusiya Nəqliyyat Universitetində davam etdirir. Hazırda Çin və Rusiyanın nəqliyyat sahəsi üzrə digər qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları öyrənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri