Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

ADY yükgöndərənlərlə açıq dialoqu gücləndirir

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Dəmir Yollarının rəhbərliyi ilə ölkənin yükdaşımalarında mühüm paya malik olan və ADY ilə intensiv əməkdaşlıq edən şirkətlərin nümayəndələri arasında görüş keçirilib.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, görüşün əsas məqsədi ADY-nin yükdaşıma sahəsində gördüyü işlər və əldə etdiyi nəticələr barədə biznes tərəfdaşlarını məlumatlandırmaq, onların təkliflərini dinləmək, birgə yanaşmaları müəyyənləşdirmək və perspektivləri müzakirə etmək olub.

ADY sədri yükgöndərənlərin ölkə iqtisadiyyatının və nəqliyyat-logistika sektorunun inkişafındakı rolunu yüksək qiymətləndirib. Bildirilib ki, ADY-nin fəaliyyətində müştəriyönümlülük, açıqlıq və şəffaflıq əsas prinsiplərdəndir.

Bundan əvvəl yük sahibləri ilə ayrı-ayrılıqda görüşlərin keçirildiyini xatırladan ADY sədri qeyd edib ki, daşıma həcmləri baxımından əsas yükgöndərənlərlə bu formatda ilk görüşün keçirilməsi Azərbaycan Dəmir Yollarının müştəriləri üçün açıq və əlçatan olmasının, eləcə də qarşılıqlı etimada əsaslanan əməkdaşlığın inkişafına verdiyi önəmin göstəricisidir.

Görüş zamanı iştirakçılara ADY-nin yükdaşıma infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr, yükdaşımalar sahəsində aparılan islahatlar barədə məlumat verilib. Qeyd olunub ki, Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması yekunlaşıb, növbəti mərhələdə bu xəttin dəyişən cərəyana keçidi üzrə işlərə başlanılacaq. Həmçinin bildirilib ki, Astara Terminalında tikinti işləri tamamlanıb, Bakı–Böyük Kəsik xəttində enerji təchizatı, rabitə və işarəvermə sistemlərinin yenilənməsi və Ələt–Osmanlı–Astara xəttinin əsaslı təmiri davam etdirilir. Artıq Osmanlı–Astara xəttində qatarların sürəti artırılıb, bu da daha çox yük həcmlərinin daşınmasına imkan verir. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsindən sonra xəttin buraxıcılıq qabiliyyətinin illik 1 milyon tondan 5 milyon tona çatdırıldığı vurğulanıb.

Hərəkət tərkibinin yenilənməsi, lokomotiv və vaqon parkının genişləndirilməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb. Məlumat verilib ki, 2025-ci ildə 300 yeni yük vaqonu alınıb, 2026-cı ilin sentyabrında isə Çindən 7 ədəd müasir AC50 markalı magistral yük lokomotivi Azərbaycana gətirilib. Daha 14 lokomotivin alınması istiqamətində danışıqlar aparılır. Növbəti il daha 250 vaqonun alışı üçün işlər davam etdirilir. Bu tədbirlər dəmir yolu şəbəkəsinin daşıma imkanlarının genişləndirilməsinə və xidmətlərin etibarlılığının artırılmasına xidmət edir.

Tədbirdə yükdaşıma sahəsində həyata keçirilən institusional və rəqəmsal transformasiya tədbirlərinə xüsusi diqqət ayrılıb. Bildirilib ki, “ADY Express” modeli çərçivəsində dəmir yolu, liman və dəniz nəqliyyatı xidmətlərinin vahid pəncərə prinsipi əsasında təqdim edilməsi nəzərdə tutulur. “Bir müqavilə, bir menecer və bir hesab” yanaşması müştərilərin müxtəlif xidmətlərdən daha rahat və operativ istifadə etməsinə, daşınma proseslərinin vahid qaydada əlaqələndirilməsinə imkan yaradacaq.

Eyni zamanda, yükdaşımaların rəqəmsallaşdırılması, elektron qaimələrin tərtibi, daşımaların izlənilməsi və tariflərin avtomatik hesablanması istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, müştərilərə xidmətlərin əlçatanlığını artırmaq məqsədilə yaradılmış portal.ady.az platforması üzərindən hazırda 11 elektron xidmət təqdim edilir. Növbəti mərhələdə müştəri kabinetinin funksionallığının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, yük sahiblərinin Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu istiqamətində həyata keçirilən konteyner daşımalarını real vaxt rejimində izləməsi üçün ADY tərəfindən "Cargo tracking" (Cargo-tracking.ady.az) platformasının istifadəyə verildiyini, yeni rəqəmsal xidmətin yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaratdığı qeyd olunub.

Görüşdə tarif siyasəti, güzəşt mexanizmləri və yükdaşımaların iqtisadi səmərəliliyinin artırılması məsələlərinə də toxunulub. Müştərilərə tarif güzəştlərinin tətbiqi zamanı yük həcmlərinin artırılması, zəmanətli həcm, yeni yük axınlarının cəlb edilməsi, alternativ marşrutların rəqabət qabiliyyəti və digər iqtisadi amillərin nəzərə alındığı bildirilib.

Tədbirin interaktiv müzakirə hissəsində yükgöndərənlərin qaldırdıqları məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusilə vaqon və platforma təminatı, yüklərin təyinat məntəqələrinə çatdırılma müddətləri, stansiyalarda əməliyyatların təşkili, tarif və yığımların tətbiqi ilə bağlı suallar cavablandırılıb.

Görüşün sonunda tərəfdaşlarla birbaşa və açıq dialoqun prioritet olduğunu və bu cür görüş və müzakirələrin davamlı təşkil ediləcəyi, digər yükgöndərənlərlə də görüşlərin keçiriləcəyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Noyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri