Niyə hələ də subaysan sualına aktrisanın reaksiyası
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Aktrisa Zülfiyyə Qurbanova şəxsi həyatı və ailə ilə bağlı fikirlərini bölüşüb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” proqramında aparıcı İsa Şükürovun “Niyə subaysan?” sualını cavablandırarkən danışıb.
Aktrisa bildirib ki, bu, həyatın gedişatıdır və hər şey qismətdən asılıdır:
“Hələ subayam. Gedişat belə olub. Mən beş gün sonramıza zəmanət verə bilmərəm. Elə biri ilə rastlaşarsan ki...”
Z.Qurbanova şəxsi həyatla sənəti bir-birinə qarışdırmağın doğru olmadığını vurğulayıb. O, ailənin həyatında hər zaman önəmli yer tutduğunu deyib:
“Qurban vermək deyil, hərənin həyatının bir mərhələsi olur. Qurban vermişəmmi? Verərəm ki? Yalan danışa bilmərəm. Şəxsi həyat, ailə öz yerində. Düşünürəm ki, övlad övladdır, fərqi yoxdur bacınındır, özünündür. Həyatının mərkəzidir. Özəl və şəxsi həyatla sənəti qarışdırmaq olmaz. Ailə mərkəzdədir. Anamdan belə görmüşəm. Bizim üçün ailə önəmli olub. Bir-birinə bağlı olublar. Bizim evdə hamı bir-birinə bağlı olub”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 03 Noyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















