Aeroport yolunda baş verən qəzanın Anbaan videosu
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sabunçu rayonu ərazisində, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Axar.az-a verilən məlumata görə, qəza hərəkətin intensiv olduğu yolda sürücülərdən birinin sürəti azaltması və təhlükəli manevr etməsi nəticəsində qeydə alınıb.
Hadisə zamanı bəzi sürücülərin düzgün ara məsafəsi saxlamaması nəqliyyat vasitələrinin toqquşmasına səbəb olub.
Bildirilib ki, qəzanın baş verməsində əsas amillərdən biri hərəkət iştirakçılarının manevr zamanı təhlükəsizlik qaydalarına tam əməl etməməsi olub.
Qeyd edilib ki, dönmə işığının yandırılması sürücüyə yolda üstünlük vermir və digər hərəkət iştirakçılarının hərəkət trayektoriyasını nəzərə almadan manevr etmək üçün əsas hesab edilə bilməz.
DİN sürücülərə təhlükəsiz ara məsafəsini qorumağı, manevrlər zamanı diqqətli olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 02 İyun 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















