Emin Hüseynov: Ağdam şəhərində 3 mindən çox sakin yaşayır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Ağdam, 20 noyabr, AZƏRTAC
Bu gün tarixi bir gündür. Ağdam şəhərində işğaldan azad olunduqdan sonra ilk dəfə Şəhər Günü keçirilir. Bu gün artıq böyük qürur hissi ilə deyə bilərik ki, şəhərdə 3 mindən çox əhali yaşayır. Bu sayın növbəti aylarda sürətlə artacağı gözlənilir. Ümumilikdə, hazırda rayonda 8300 nəfər yaşayır. Bir il bundan əvvəl bu rəqəm 500-ü keçmirdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda jurnalistlərə müsahibəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, artıq rayonda üç kənd bərpa olunub və insanlar orada firavan yaşayırlar. Daha iki kənd isə bərpa olunma prosesindədir və işlər bitmək üzrədir. Gələn ilin ilk aylarında həmin kəndlərdə işlər yekunlaşdırılacaq və köç başlayacaq. Ağdam şəhərinin özündə isə növbəti ilin birinci yarısında əhalinin sayının 10 min nəfər artması proqnozlaşdırılır.
Emin Hüseynov qeyd edib ki, Ağdam Şəhəri Gününün qeyd olunmasını böyük səbirsizliklə gözləyirdilər və bu tədbirə uzun müddətdir hazırlaşırdılar. Onun sözlərinə görə, bu tarix hamı üçün çox əlamətdardır. Prezidentin tapşırığı ilə Ağdam Şəhəri Günü xüsusi təntənə ilə qeyd olunur. Tədbirdə müxtəlif dövlət qurumları və təşkilatlar, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, Atıcılıq Federasiyası və Mədəniyyət Nazirliyi iştirak edir. Tədbirə təkcə şəhər sakinləri deyil, çoxsaylı qonaqlar da qatılıblar. Bu, bir daha xalqımızın 30 il həsrətində qaldığı, işğaldan azad olunmuş doğma Ağdamın bu gözəl gününü səbirsizliklə gözlədiyinin göstəricisidir.
“Bu günü bizə yaşatdığı üçün Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik. Onlar bizim ölməz qəhrəmanlarımızdır. Qazilərimizə cansağlığı arzulayırıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında igid, rəşadətli ordumuza bu günü bizə yaşatdıqları üçün təşəkkür edirik. Bütün ağdamlıları və Azərbaycan xalqını bu gözəl gün münasibətilə təbrik edirəm”, – deyə Emin Hüseynov bildirib.
Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Müxbir - Tahir Ağaməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 20 Noyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















