Icma.az
close
up
RU
Aeroporta getmək istəyənlər bu yollardan keçməlidir Siyahı

Aeroporta getmək istəyənlər bu yollardan keçməlidir Siyahı

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edəcək.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur.

Dəyişikliklər aşağıdakı kimidir:

– 10-14 noyabr tarixlərində yalnız aviabileti olan sərnişinlər Terminal 1 və Terminal 2-yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur;

– Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən 10-14 noyabr tarixlərində hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. Avtomobillərini 10 noyabr tarixindən əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək;

– Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi → Yusif Səfərov küçəsi → İzzət Orucova küçəsi → Fəzail Bayramov küçəsi → 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür;

– COP29 müddətində (10-22 noyabr) H1 və H2 ekspres avtobusları sərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq. H1 avtobusu 10 dəqiqəlik intervalla “28 May” metro stansiyası, H2 isə 15 dəqiqəlik intervalla “Əhmədli” metro stansiyası marşrutları üzrə fasiləsiz xidmət göstərəcək. Gedişhaqqı ödənişsiz olacaq;

– Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu, COP29 dövründə yüksək sərnişin axını zamanı fasiləsiz və keyfiyyətli xidmətin təmin olunması üçün gücləndirilmiş iş rejimində bütün zəruri tədbirləri görməkdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dadaşovun qolu komandasını finala yüksəltdi

22 Aprel 2025 00:07see159

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 Aprel 2025 00:04see153

Bu həftə Tesla və Alphabet gəlir açıqlayacaq Davam, yoxsa...?

22 Aprel 2025 00:00see143

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see142

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see142

“Mənə təslim olsalar, onlara mahnı yazaram”

22 Aprel 2025 00:06see141

İslam Kərimovun nəvəsi realiti şouya qatılır

21 Aprel 2025 23:58see138

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see132

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see127

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see125

Ağ Ev yeni müdafiə naziri axtarır?

22 Aprel 2025 00:09see124

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see119

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see114

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see111

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri