Icma.az
close
up
RU
Aeroporta getmək istəyənlər bu yollardan keçməlidir SİYAHI

Aeroporta getmək istəyənlər bu yollardan keçməlidir SİYAHI

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edəcək.

Sfera.az xəbər verir ki, bununla bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur.

Dəyişikliklər aşağıdakı kimidir:

- 10-14 noyabr tarixlərində yalnız aviabileti olan sərnişinlər Terminal 1 və Terminal 2-yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur;

- Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən 10-14 noyabr tarixlərində hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. Avtomobillərini 10 noyabr tarixindən əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək;

- Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi → Yusif Səfərov küçəsi → İzzət Orucova küçəsi → Fəzail Bayramov küçəsi → 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür;

- COP29 müddətində (10-22 noyabr) H1 və H2 ekspres avtobusları sərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq. H1 avtobusu 10 dəqiqəlik intervalla "28 May" metro stansiyası, H2 isə 15 dəqiqəlik intervalla "Əhmədli" metro stansiyası marşrutları üzrə fasiləsiz xidmət göstərəcək. Gediş haqqı ödənişsiz olacaq;

- Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş olunur.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu, COP29 dövründə yüksək sərnişin axını zamanı fasiləsiz və keyfiyyətli xidmətin təmin olunması üçün gücləndirilmiş iş rejimində bütün zəruri tədbirləri görməkdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Noyabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see232

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see232

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see195

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see195

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see189

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see170

Buğdanı cücərdib istifadə etsəniz, möcüzəni görəcəksiniz

26 Oktyabr 2025 22:30see162

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see146

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see137

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see136

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see133

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see131

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see131

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see130

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see130

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see129

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see126

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see123

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri