Aeroportda qayda pozdu: 500 manat cərimələndi
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Heydər Əliyev Beynəlxalq Hava Limanında avtomobilinin dövlət qeydiyyat nişanını gizlədən sürücü cərimələnib.
"Cebheinfo.az" xəbər verir ki, hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxsin minik avtomobilinin nömrəsini gizlətdiyi müəyyənləşib.
Ərazidəki kamera tərəfindən qeydə alınmış görüntü əsasında sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu (nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi) maddəsilə protokol tərtib edilib.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə həmin əmələ yol vermiş sürücü 500 manat cərimə olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 01 İyun 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















