Icma.az
close
up
RU
Almaniyanın 30 dan çox şəhərində gənclərin etirazları başlayıb

Almaniyanın 30 dan çox şəhərində gənclərin etirazları başlayıb

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqartda gənclərin genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalara ölkə üzrə təxminən 160 min nəfərin qatılmasını planlaşdıran "Gen Z regelt" ("Z nəsli həll edir") təşəbbüsü çağırış edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, Berlində nümayiş şəhərin simvollarından biri olan Brandenburq qapısının yaxınlığında keçirilir. Aksiyada 10 mindən çox insanın iştirak edəcəyi gözlənilir.

Etirazçıların əsas tələbləri arasında məcburi hərbi xidmətin bərpasından imtina edilməsi, təhsil, səhiyyə və iqlimin qorunması sahələrinə ayrılan investisiyaların artırılması, həmçinin yaşayış xərclərinin artmasına qarşı daha fəal tədbirlərin görülməsi yer alır.

Məlumata görə, axşam saatlarında Almaniya paytaxtının Rozentaler-plats meydanında təxminən 500 nəfərin iştirakı ilə daha bir aksiyanın keçirilməsi planlaşdırılır. "Z nəslinin səbri tükəndi" şüarı altında keçiriləcək aksiyaya Fələstini dəstəkləyən fəalların və solçu radikalların da qatılacağı gözlənilir.

Berlində ictimai təhlükəsizliyin təmin olunmasına 1 500-ə yaxın polis əməkdaşı cəlb edilib. Təşkilatçılar aksiyalardan əvvəl dəfələrlə yalnız dinc etirazları dəstəklədiklərini bildirərək iştirakçıları təxribatlara uymamağa çağırıblar. Buna baxmayaraq, Almaniyanın hüquq-mühafizə orqanları nümayişlərin iğtişaşlara və etirazçılarla polis arasında toqquşmalara çevrilə biləcəyini istisna etmirlər.

Aksiyaların keçirilməsi "Halloween" bayramı ilə əlaqədar tədbirlərlə eyni vaxta təsadüf edir. (Bayram oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə qeyd olunur - red.)

Bundan əlavə, polisin məlumatına görə, sosial şəbəkələrdə bəzi ekstremist qruplaşmalar, xüsusilə də solçu radikal qruplar öz tərəfdarlarını nümayişlərə qoşulmağa çağırıblar. Bununla əlaqədar olaraq, ölkə üzrə hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər.

Etirazlar ərəfəsində Berlində və digər şəhərlərdə fəaliyyət göstərən bir sıra dəb butiklərinin vitrinləri taxta lövhələrlə bağlanıb. Bəzi mağazalar isə oktyabrın 30-da iş vaxtından əvvəl bağlanacaqları barədə elanlar yerləşdiriblər.

Biznes nümayəndələri etirazların Fransada baş vermiş hadisələrə bənzər talanlarla nəticələnə biləcəyindən ehtiyat edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Oktyabr 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri