Güləşçimiz dünya ikincisi oldu
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə dördqat dünya çempionu, ABŞ idmançısı Kayl Deykə məğlub olaraq ikinci yeri tutub.
Bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kiloqram) üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baytsayevə qalib gələrək bürünc medal qazanıb.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) qızıl, Nihat Məmmədli (63 kiloqram) isə gümüş medal qazanıblar.
Dünya çempionatı oktyabrın 24-dən noyabrın 1-dək Astanadakı “Barys Arena” idman kompleksində keçirilir. Yarışlarda 135 ölkədən 900-dən çox idmançı iştirak edir. Proqrama yunan-Roma, sərbəst və qadın güləşi daxildir.
Bizim.Media
Baxış sayı:88
Bu xəbər 31 Oktyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















