Aeroportun fəaliyyəti müvəqqəti dayandırıldı Əlverişsiz havaya görə
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub. Avtosfer.az xəbər verir ki, Piza bölgəsində güclü leysan yağışı və tufan səbəbindən hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Aviareyslər digər hava limanlarına yönləndirilib, aeroportda sərnişin sıxlığı yaranıb. Lombardiya və Venetoda regionlarında isə güclü külək ağacları yollara və avtomobillərin üzərinə aşırıb. Yeddi bölgədə sarı hava xəbərdarlığı elan olunub. Yarımadanın mərkəzi rayonlarında və cənubda, xüsusilə də mərkəzi Adriatik dənizi sahilləri boyunca intensiv leysan və tufan gözlənilir. Növbəti həftədən isə Şimali Afrikadan gələn isti hava ölkənin cənubunda təsirli olacaq, bəzi bölgələrdə temperatur 35 dərəcəni ötəcək. Sardiniya adasının şərqində, Kalyari bölgəsində meşə yanğını risk səviyyəsi qırmızıya yüksəldilib. Mülki Müdafiə Agentliyi əhaliyə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















