Icma.az
close
up
RU
Qəzza qərarı: yüksək dövlət məsuliyyəti

Qəzza qərarı: yüksək dövlət məsuliyyəti

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

"Bizə belə müraciətlər daxil olub. Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər" .

Bunu Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində deyib. Söhbət Qəzza bölgəsindəki sülhməramlı/sülhyaratma əməliyyatlarından gedir.

Prezident nəinki Qəzzaya, ümumiyyətlə, ölkə xaricində vuruşmağa əsgər göndərməyəcəyini deyib.

O, Azərbaycanın öz əsgəri heyətini sabitləşdirici qüvvələrin tərkibində iştirak etmək məqsədilə guya Qəzzaya göndərməyə razılıq verdiyi haqqında ABŞ-ın BMT-dəki səfirliyinin bəyanatını qətiyyətlə təkzib edib. Prezident deyib: " Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır".

Bu məsələ ilə bağlı Prezidentin öz müsahibəsində açıqladığı arqumentlər yetərincə dolğun, aydın və əsaslıdır.

Əvvəla, Prezidentin də bildirdiyi kimi, Qəzzada hələ vəziyyət aydın deyil. Hələ tərəflərin (İsrail dövləti ilə HƏMAS hərəkatının) arasında tam razılaşma yoxdur. Deməli, indiki halda Azərbaycan Qəzzaya əsgər göndərsə, bu, ordakı döyüşlərə qarışmaq, hansısa formada qoşulmaq deməkdir. Döyüşlərə qoşulmaq - vuruşmaq isə bu münaqişədə tərəf tutmaqdır. Azərbaycan kimin tərəfində durasıdır ki?! Niyə də tərəf tutmalıdır? Əgər söhbət sülhməramlı fəaliyyətdən gedirsə (Azərbaycan İraqda, Kosovoda, Əfqanıstanda bu işdə təcrübə toplayıb) Qəzzada bu hələ ki mümkün deyil. Hər şeydən əvvəl gərək ortada sülh olsun ki, onu qoruyub saxlamaq üçün sülhməramlı kontingentə ehtiyac yaransın, hətta bu ehtiyac olsa belə, hələ bunun qərarını kimin verəcəyi, mandatı kimin və necə müəyyənləşdirəcəyi məlum deyil.

Əhalisinin çoxu müsəlman olan bəzi ölkələrdə, o cümlədən, təəssüf ki, Türkiyədə müəyyən marginal kəsimlər Azərbaycan prezidentinin Qəzzaya əsgər göndərməmək qərarı ətrafında süni ajiotaj yaradıblar. Bu, Ulyam Şekspirin "Heç nədən hay-küy" əsərini xatırladır.

Məlumdur, nə İran, nə Türkiyə Qəzzaya buraxılmır. ABŞ Qəzzada hər iki tərəfin etimadla yanaşacağı müsəlman ölkəsi olaraq, Azərbaycanın prosesdə iştirakını istəmiş ola bilər. Türkiyə Azərbaycanın onu da layiqincə təmsil edəcəyini düşünə bilər (haqlıdır da). Ancaq məsələ bundadır ki, Azərbaycanın da sülhyaratma əməliyyatlarında iştirak etməmək üçün haqlı səbəbləri var. Ən əsas səbəb də budur ki, bu, ərəb ölkələrinin məsələsidir, Ərəb Dövlətləri Liqasının mövqeyi var. Ərəb dövlətləri öz məsələlərini özləri həll etməlidir. 22 ərəb ölkəsi var. Qəzza məsələsinin həllinə başqa dövlətləri "müsəlman ölkəsi olsun" prinsipi ilə cəlb etmək doğru deyil. Bu, dinlərarası konflikt deyil. Heç dövlətləraras konflikt də deyil. Çünki tərəflərdən biri (HƏMAS) dövlət deyil axı. Hətta əksinə onu terror təşkilatı kimi tanıyan ölkələr də az deyil. ABŞ, Avropa İttifaqı özü və ayrı-ayrılıqda bütün üzvləri, Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya, Yeni Zelandiya, hətta Paraqvay HƏMAS-ı terror təşkilatı hesab edirlər. Əlbəttə ki, birinci elə İsrail dövləti bu fikirdədir.

Belə olduğu halda - sülhyaratma prosesinə HƏMAS-ı terror təşkilatı kimi tanıyanlar qoşulursa, bu, HƏMAS-a qarşı antiterror koalisiyası demək olar. Əks tərəfdə - Qəzza camaatının yanında durası dövlətlər isə İsraili qarşısına almış olur. Elə isə bu, sülhyaratma olmadı ki! Lokal konflikti regional, hətta dünya müharibəsinə çevirmək deməkdir.

Bax, bu məsələlər hələ də açıq qalır.

Ona görə Prezident İlham Əliyev haqlı olaraq deyir ki, paravozun qabağında qaçmaq lazım deyil. Ərəb xalqının problemlərini həll etmək lazımdırsa, 22 ərəb dövlətindən əvvəl irəli atılmaq yanlışdır. Üstəlik Fələstin Muxtariyyəti heç özü Ermənistanla müharibə dövründə Azərbaycanı müdafiə etməmişdi. Ancaq Azərbaycan Fələstinə siyasi və mənəvi dəstəyini həmişə göstərib. İsraillə çox yaxın münasibətlərinə baxmayaraq, Azərbaycan Fələstin dövlətinin yaradılması ideyasını da həmişə dəstəkləyib. Hətta Bakıda Fələstinin səfirliyi də açılıb, həm də Azərbaycanın maliyyə yardımı ilə.

Azərbaycan Fələstin üçün bundan artıq daha nə etməlidir?!

Ona görə özünü Fələstin təəssübkeşi, Qəzza camaatına ürəyi yanan kimi göstərən kəsimlərin Azərbaycana qarşı hay-küyü boş və mənasızdır. Əsassız və ədalətsiz çığır-bağırdır. Rəsmi Bakı öz siyasətini emosiyalar üzərində qursaydı, indi çoxdan Azərbaycan əsgəri İrəvanın mərkəzində olardı. Azərbaycan öz dövlətçiliyini, öz sərhədlərini, öz xalqını qoruyur. Bu, yüksək dövlət məsuliyyəti deməkdir. Əlbəttə ki, Qəzzada baş verənləri də ürək ağrısı ilə izləyir. Ancaq bu məsələdə təşəbbüsün ərəb ölkələrindən gəlməsini doğru sayır. Azərbaycan öz ərazilərini işğaldan azad edərkən heç bir dövlətdən, o cümlədən, müsəlman ölkələrindən əsgəri dəstək istəmədi və gözləmirdi də. Buna ehtiyacı da yox idi. İllah da ərəb ölkələrini bu münaqişəyə qarışdırmadı. Necə deyərlər, öz göbəyini özü kəsdi. Heç kimin minnətini götürmədi, heç kimə minnət qoymadı. Müharibəni də Ermənistanla öz arasında apardı, postmüharibə danışıqlarını da. Odur ki, Azərbaycan Yaxın Şərqdəki problemlərə də qarışmaq istəmir və haqlıdır da.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri