Icma.az
close
up
RU
Afaq Bəşirqızı kimdir? “Gizli sandığı” olan güclü qadın

Afaq Bəşirqızı kimdir? “Gizli sandığı” olan güclü qadın

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moderator.az bildirir ki, Lent.az “ Bioqrafiya” rubrikasında aktrisa, Xalq artisti Afaq Bəşirqızı haqqında məlumat verib.

- Afaq Bəşirqızı harada və nə zaman anadan olub?

Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində anadan olub. 

- Afaq Bəşirqızı harada təhsil alıb?

1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışır.

- Afaq Bəşirqızı fəaliyyətinə hansı teatrda başlayıb?

Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun «Bəxt üzüyü» tamaşasında yaratdığı “Söylü” obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür. 1989-cu ildə Afaq Bəşirqızı Azərbaycan Dövlət Akademik Musiqili Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. 

- Afaq Bəşirqızının ən məşhur obrazları hansılardır?

Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan «Bəxt üzüyü», «Evləri köndələn yar», «Yaşıl eynəkli adam», «Nekroloq» və.s. adlarını qeyd etmək olar. 

- Afaq Bəşirqızının hansı fəxri mükafatları var?

Afaq Bəşirqızı, 1989-cu ildə «Əməkdar artist», 1993-cü ildə «Xalq artisti» fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə «Qızıl Dərviş» mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni 2015-ci ildə Prezidentin fərdi təqaüd ilə təltif olunub. 13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

- Son zamanlar səhnələrdə az görünən Afaq Bəşirqızı hansı xəstəlikdən əziyyət çəkir?

Afaq Bəşirqızı uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb.

-  Komik rolların ustası olan Afaq Bəşirqızı öz xarakteri barədə nə deyir?

“Harada sərtəm, harada mülayim. Yerinə baxır. Sərtəm. Həyat verib o tərbiyəni. Məni axı həyat tərbiyələndirib. Mən həyatda tək olmuşam. Ona görə də müəyyən hadisələrə baxanda demişəm ki, hə, deməli, belə olmaq lazımdır. Deməli, bir az sərt olmaq lazımdır. Amma ümumən, xasiyyətim mülayimdir. İnsana qarşı diqqətliyəm, mənə üz tutan adama qarşı heç vaxt diqqətsizlik etməmişəm. Hətta gücüm çatmayan iş olub ki, müraciət ediblər, daxilimdə demişəm ki, axı bunun mənə bir dəxli yoxdur, buna nəsə edə bilmərəm. Amma çox sağ olsunlar, müəyyən - hamıya şamil etmirəm - vəzifələrdə oturan insanlar ki var, insan oğulları, onlara həmin müraciətləri çatdıranda böyük köməklik göstəriblər” - deyə o, özü haqda bildirib.

- Afaq Bəşirqızı kiminlə ailəlidir?

O, Əhməd Təhməzovla evlidir. Səmral adlı bir oğlu, Bəşir və Əhmədpaşa adlı iki nəvəsi var.

- “Söylü” obrazı ilə populyarlaşan Afaq xanım  ona bənzədilməkdən bezir?

“Söylü" olmadım, "Söylü" qalmadım. Mənim "Bala başa bəla"da "Suğra"m var, digər obrazlarım var. Yəni mən sonrakı rollarımla yenə tamaşaçı yaddaşında qaldım” - deyə o bildirib.

- Afaq Bəşirqızı varlı xanımdır?

“İncəsənətdə pul yoxdur! Bunu hamı bilməlidir” deyə o, suala cavab verib.

Afaq xanım ən məşhur, ən sevilən bir aktrisadır. Bu məşhurluqdan, sevgidən dolayı özünün cəmiyyətə hər hansı təsir gücünün olduğunu düşünür? 

“O məsuliyyəti həmişə hiss etmişəm və təsir etməyə həmişə çalışmışam. Buna görə mənə “Robertina Sturua” deyirlər. Bilirsiniz, Robert Sturua (gürcü teatr rejissoru) Şekspirin “On ikinci gecə” pyesini hazırlayanda finala “İsanın zühuru” səhnəsini əlavə etmişdi və gözəl alınmışdı. Mən də hər tamaşamda bir problemə, məni düşündürən, narahat edən bir problemə bir cümlə ilə də olsa, bir baxışla da olsa vurğu etməyi özümə borc bilirəm”- o bildirib. 

- Kənardan çox güclü görünən Afaq Bəşirqızının zəif tərəfləri varmı?

O, bu suala belə cavab verib: “Haqqımda o qədər eşitdim ki, Afaq xanım çox güclü qadındır. Artıq bunu özümə bir xasiyyət kimi qəbul etdim və həyatımda şüara çevirdim. Hansı qadının zəif halları yoxdur, hansı qadın göz yaşından qaça bilir?! Elə bir qadın tanımıram, amma bütün bunlar hamısı Afaq Bəşirqızının gizli sandığında olur, o açılmır, onu heç kim görə bilmir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see296

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see268

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see265

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see241

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see240

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see233

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see223

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see223

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see216

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see213

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see208

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see207

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see198

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see196

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see196

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see192

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see190

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri