“AFB Bank”ın gəlirləri artıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Bu ilin birinci yarımilində “AFB Bank” ASC 237,09 min manat xalis mənfəət əldə edib.
"APA-Economics" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə “AFB Bank”ın gəlirləri 91,7% artaraq 29,5 milyon manat, xərcləri 99,5% artaraq 28,6 milyon manat olub.
Bu il iyulun 1-nə “AFB Bank”ın aktivləri 536,9 milyon manat olub ki, bu da illik müqayisədə 72,2% çoxdur. Bankın kredit portfeli 94,4% artaraq 394,4 milyon manata çatıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 202,9 milyon manat olub.
Həmin dövrə “AFB Bank”ın öhdəlikləri isə 95,2 faiz artaraq 461,4 milyon manata çatıb.
Bu mövzuda digər xəbərlər:“AFB Bank”ın başı iki şirkətlə dərddə
30 Yanvar 2025 11:25
“AFB Bank“ın xalis mənfəəti 7 % azalıb
15 Yanvar 2026 23:59
AFB Bank ın yarımillik nəticələrinə əsasən mənfəəti 4.3 dəfə artıb
22 İyul 2025 10:49
“AFB Bank”ın başı dərddə: Heydərov xilas edəcəkmi?
04 Aprel 2025 10:32
AFB Bank ın aktivləri 400 milyon manatı keçdi!
09 Dekabr 2025 10:35
Baxış sayı:110
Bu xəbər 14 İyul 2026 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















