Icma.az
close
up
RU
AFB Bank ın yarımillik nəticələrinə əsasən mənfəəti 4.3 dəfə artıb

AFB Bank ın yarımillik nəticələrinə əsasən mənfəəti 4.3 dəfə artıb

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Qaynarinfo BBN.az-a istinadən AFB Bankın Maliyyə direktoru (CFO), İdarə Heyəti sədrinin müavini Lalə Quliyevanın müsahibəsini təqdim edir:


- Bankın yarımillik nəticələri açıqlandı və görünür ki, əksər göstəricilər üzrə artım müşahidə olunub. Bu artımın səbəbləri nələrlə bağlıdır?

- Qeyd etdiyiniz kimi, bankın ilk altı ay üzrə maliyyə nəticələri açıqlanıb və ümumilikdə müsbət dinamika müşahidə olunur. Belə ki, bankımız ötən ilin eyni dövrü ilə müqayisədə 4.3 dəfə artım göstərərək 2.7 milyon manat mənfəət əldə edib. Bu artımın əsas səbəblərindən biri komanda işinin gücləndirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsidir. Əsas məqsədimiz müştəri məmnuniyyətini artırmaq və bankın etibarlı tərəfdaş imicini daha da möhkəmləndirməkdir.

- Müştəri məmnuniyyətini artırmaq üçün bank hansı layihələri həyata keçirib?

- Əsas hədəfimiz innovativ həllər təqdim etməklə müştəri təcrübəsini yaxşılaşdırmaqdır. Bu məqsədlə rəqəmsal məhsullar istifadəyə verilib ki, bu da müştərilərə vaxt itirmədən, rahat və sürətli bank xidmətlərindən yararlanmağa imkan verir. Ən önəmli layihələrdən biri "baştan-başa” kredit məhsuludur – bu xidmət sayəsində pərakəndə müştərilər banka gəlmədən, tam onlayn şəkildə kredit əldə edə bilirlər.

Bundan əlavə, mobil bank tətbiqimiz üzərində yenilənmə işləri aparılır, yaxın vaxtlarda istifadəyə veriləcək yeni versiya müştəri məmnuniyyətini daha da artıracaq. Həmçinin sahibkarlar və hüquqi şəxslər üçün yenilənmiş internet bankçılıq platforması hazırlanır. Bu təşəbbüslər bankın maliyyə göstəricilərinə də müsbət təsir göstərir.

- Maliyyə göstəricilərinə əsasən kredit portfelinizdə 19%-lik artım qeydə alınıb. Bu artım daha çox hansı sahə və müştəri qruplarında müşahidə olunur?

- Kredit portfelimizdə demək olar ki, bütün istiqamətlər üzrə artım var. Xüsusilə pərakəndə müştərilərə yönəlmiş innovativ həllər bankımıza marağı artırıb. Bununla yanaşı, bizim üçün əsas prioritetlərdən biri mikro, orta və iri biznes kreditlərinin inkişafıdır. Nəticə olaraq, orta və iri biznes kreditlərində 40%, mikro kreditlərdə isə 2.5 dəfə artım qeydə alınıb. Bu artımda peşəkar komandamızın rolu böyükdür – məqsədyönlü şəkildə yeni mütəxəssislər komandamıza cəlb olunub.

- Müddətli əmanət portfelində 50%-dən çox artım müşahidə olunub. Bu, müştəri inamının göstəricisidir. Bu inamı necə əldə etdiniz və qoruyursunuz?

- Bank olaraq yalnız məhsul satışına deyil, xidmət keyfiyyəti və müştəri təhlükəsizliyinə də böyük önəm veririk. Bu yanaşma nəticəsində müştəri bazamız genişlənib və banka qoyulan müddətli əmanətlərin həcmi əhəmiyyətli şəkildə artıb. Yüksək xidmət səviyyəsi və istifadəçi dostu bankçılıq həlləri müştəri inamını davamlı olaraq gücləndirir.

- Bankın kapital adekvatlıq göstəricilərinin yüksək olması bazar mövqeyinizə necə təsir edir?

- Hal-hazırda həm məcmu, həm də I dərəcəli kapital üzrə adekvatlıq göstəricilərimiz Mərkəzi Bankın minimum tələblərindən xeyli yüksəkdir. Belə ki, məcmu kapital üzrə tələb 10% olduğu halda bizdə bu göstərici 33.97%, I dərəcəli kapital üzrə isə 5% minimum tələblə müqayisədə 31.77% təşkil edir. Bu, bankın maliyyə dayanıqlığını və risklərə qarşı davamlılığını nümayiş etdirir və bazar mövqeyimizin güclənməsi üçün sabit zəmin yaradır.

- 2025-ci ilin ilk yarısında AFB Bank-ın ROA və ROE göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artıb. Bu rentabellik artımına səbəb olan amillər hansılardır?

- Doğrudur, 2025-ci ilin ilk altı ayı ərzində həm ROA (aktivlərin gəlirliliyi), həm də ROE (kapitalın gəlirliliyi) göstəricilərində ciddi artım qeydə alınıb. Bu nəticələr yalnız maliyyə göstəricilərinin yaxşılaşması ilə deyil, daxili idarəetmə proseslərinin optimallaşdırılması, risklərin effektiv idarə olunması, xərclərin azaldılması və gəlir mənbələrinin şaxələndirilməsi ilə birbaşa əlaqəlidir.

Bundan başqa, müştəriyönümlü yanaşma və innovativ məhsulların təqdimatı kredit portfelimizin və komissiya gəlirlərimizin artmasına səbəb olub. Bu göstəricilər bankın gələcək dayanıqlı inkişafını da təmin edən əsas amillərdir.

Yekun olaraq:

AFB Bank olaraq fəaliyyətimizin mərkəzində dayanıqlı inkişaf, müştəri məmnuniyyəti və peşəkar idarəetmə prinsipləri dayanır. Gələcək dövrdə də bu dəyərlərə əsaslanaraq bazar mövqeyimizi gücləndirmək və yenilikçi yanaşmalar tətbiq etməklə müştərilərimizin inamını daha da artırmaq əsas hədəfimizdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri