Icma.az
close
up
RU
Afət Telmanqızına yeni vəzifə verildi

Afət Telmanqızına yeni vəzifə verildi

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Əməkdar jurnalist, “LAF” TV-nin təsisçilərindən olan Afət Telmanqızı yeni vəzifəyə təyin olunub.

Gununsesi.info bildirir ki, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə,  Afət Telmanqızı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Məhərrəmova Afət Telman qızı 7 noyabr, 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakıda İlqar Əbülhəsənov adına 42 saylı orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib.

Ali məktəbdə oxuduğu illərdə – 1993–1997-ci illərdə “Səhər” qəzetində”, “Müxalifət”, “Millət” qəzetlərində, AZTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri ” Hürriyyət” qəzeti olub.

2000-ci illərdə ” Yeni Müsavat” qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. “Xəbərçi”, “Nəzər nöqtəsi”, “Açıq söhbət” verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş “Var dövlətimiz Azərbaycan” sənədli fìlminin müəllifi olub. Sonralar bir neçə fìlmlərin müəllifì olub. “Hazırcavab oğlan”, ” Qaraçılar”, ” Dünyanın qan damarı”, ” Zamanın yarası” və ümumilikdə 50-dən çox sənədli filmin müəllifì olub. 1 ay ABŞ-da təcrübə keçib. Bir neçə xarici ölkədə səfərdə olub, reportajlar hazırlayıb.

ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor və Real İntervyu verlişinin aparıcısı olub. 2020-ci il, fevralın 9-u MM-ə keçirilən seçkilərdə iştirak edib. Elə həmin il Real TV-dən ayrılıb.

2020-ci il mayın 28-i tarixində həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.

Ailəlidir, 2 övladı var.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Dekabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri