İnsan üzərində ilk sınaq: Süni intellektlə hazırlanmış viruslar nə vəd edir?
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Süni intellektlə yaradılan viruslar antibiotiklərə davamlı bakteriyalarla mübarizə aparmaq məqsədilə ilk dəfə insana yeridilib. Eksperimentin nəticələri isə hələlik açıqlanmır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin "Radical Numerics" şirkəti məlumat yayıb.
Laboratoriya şəraitində süni intellekt vasitəsilə yaradılan virusların hədəf bakteriyalara hücum edərək onları məhv edə bildiyi göstərilib. Lakin bu üsulun insan orqanizmində necə təsir göstərəcəyi hələ tam məlum deyil.
"Radical Numerics" şirkəti insan üzərində belə bir sınaq keçirdiyini açıq şəkildə bildirən ilk qurumlardan biri ola bilər. Eksperimental müalicə adi klinik tədqiqat çərçivəsində deyil, həkim nəzarəti altında fərdi qaydada tətbiq olunan eksperimental terapiyaya çıxış proqramı çərçivəsində həyata keçirilib.
Bakteriofaqın hazırlanması üçün alimlər bioloji ardıcıllıqları təhlil etmək və layihələndirmək məqsədilə yaradılmış "Omnii-1" modelindən istifadə ediblər. Şirkətin açıqlamasına görə, model "Escherichia coli" bakteriyasını hədəf alan T7 bakteriofaqının dəyişdirilməsi üçün tətbiq olunub. Təcrübələrdən birində yaradılan virusların 69.9%-i həyat qabiliyyətli olub.
Aktivliyi ölçülən 6 694 variantdan 2 161-i ilkin virusdan daha yaxşı nəticə göstərib. Digər təcrübədə isə modelin bakteriofaqların müxtəlif bakteriya ştammları ilə qarşılıqlı təsirini proqnozlaşdırmaq qabiliyyəti yoxlanılıb.
Bildirilib ki, pasiyentə yeridilməzdən əvvəl hazırlanmış bakteriofaq qarışığı onun orqanizmindən götürülən, antibiotiklərə davamlı bakteriya nümunəsini Petri kasasında məhv edib. Bununla belə, şirkət məxfiliyi əsas gətirərək infeksiyanın növünü, müalicənin təfərrüatını və prosedurdan sonra pasiyentin vəziyyətini açıqlamır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 24 Oktyabr 2026 06:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















