Icma.az
close
up
RU
AFFA Azərbaycan Futbolunu Fəlakətə Aparanlar! İdman və Biz

AFFA Azərbaycan Futbolunu Fəlakətə Aparanlar! İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Sərlövhəni oxuyub etiraz edənlər də ola bilər: Niyə “Aparanlar” axı? Məgər fəlakət belə olmur? Məgər artıq gətirməyiblər ki fəlakətə? İcazə verin razılaşmayım. Çünki hər irihesablı məğlubiyyətdən, hər fiasko ilə başa çatan seçmə mərhələdən sonra eynisini düşünmüşük. Düşünmüşük ki, artıq tam bataqlığın dibinə çatdıq. Həm biz çatdıq, həm də AFFA. Bundan betəri ola bilməz. Amma bir müddət keçib, yanıldığımızı anlamışıq. Sən demə AFFA-nın “qüdrətinin” tam miqyasını və “nəhəngliyini” dəyərləndirə bilməmişik…

Bu gün də eyni hissləri birgə yaşayırıq. Fəlakət yox, fəlakətlər toplusu üzərimizə qar dağı kimi düşdü. 1. Millətlər Liqasında ən aşağı “D” liqasına yuvarlandıq. 2. SSRİ dönəmində Azərbaycanı təmsil edən “Neftçi” güclülər dəstəsində Ukrayna, Gürcüstan, Rusiyanın aparıcı klublarını Bakıda “kötəkləyəndə” 2-ci liqada “sürünən”, 1969-1982-ci illər arasında SSRİ çempionatlarında ümumiyyətlə peşəkar klubla təmsil edilməyən yeganə respublika olan Estoniya sözügedən seçmə mərhələdə bizi geridə buraxdı. 3. Azərbaycan yığması ilk dəfə Millətlər Liqasını qalibiyyətsiz başa vurdu 4. Sözügedən turnirdə hələ indiyə qədər belə bərbad top fərqimiz olmayıb. Belə ki, 6 görüşdə rəqib qapılarına cəmi 3 dəfə yol tapmışıq (orta hesabla 1 oyuna 0,5 qol). Əvəzində qapımıza 17 (!) qol vurulub (hər oyunda 2,83). 5. Bizi “C” liqasında San-Marino (dağılasan, ay AFFA) əvəzlədi!!!

Adam bu statistikaya, millimizin dünənki İsveçlə oyununa (hərçənd buna nəsə başqa ad verilməlidir, çünki “futbol” adına qara ləkədir) baxdıqda istər-istəməz düşünür ki, yox e, daha bu, son olacaq. Bu biabırçılıqdan sonra futbol təsərrüfatımızda nə isə dəyişəcək. Məsələn, AFFA-nın o dəbdəbəli binasında rahat kreslolarda, isti kabinetlərdə oturanlarda hansısa bir möcüzə nəticəsində vicdan oyanacaq. İsveçdəki 0:6 rüsvayçılığının sonunu rəsmiləşdirən hakimin final fitindən sonra bu insanlar, de-yure azərbaycanlı sayılanlar səhərə qədər yata bilməyəcəklər, yataqlarında ora-bura vurnuxub, mətbəxdə siqareti siqaretə calayaraq səhərin nə üçün belə gec açılmasına qəzəblənəcəklər, günəş doğar-doğmaz isə taksi sifariş edib iş yerlərinə tələsəcəklər. Tələsəcəklər ki, hamılıqla ərizə yazıb istefaya getsinlər və qəbahətlərinin, qələtlərinin nəhəngliyini başa düşərək həyatlarının sonuna qədər bir daha nəinki “futbol” sözünü, ümumiyyətlə “F” hərfi ilə başlayan sözləri ağızlarından çılxarmasınlar. Amma… Mən də, siz də, elə bütün Azərbaycan da bilir ki, bu, baş verməyəcək. Əlləri ilə, ayaqları ilə, dişləri ilə kreslodan yapışacaqlar, min bir yalan danışıb min bir cildə girəcəklər. Bəli, cildə girəcəklər, amma yerə girməyəcəklər. Dünən o biabırçılığı izləyərkən minlərin, milyonların minlərlə dəfə təkrarladığı “yerə girəsiz elə!” duası bu dəfə də qəbul olmayacaq. Çünki həya, vicdan, abır, həya – bunları AFFA binasında aramaq Saxara səhrasında qütb ayısı axtarmaq kimi bir şeydir. Hətta Saxarada bəlkə nə zamansa bu nadir heyvana rast gələ də bilərik. Amma AFFA-da şanslarımız sıfıra bərabərdir.

İndi oturub Santuşun ünvanına nə isə deməyin də yeri yoxdur. Qoca neyləsin? Çağırıblar, pul təklif ediblər, o da razılaşıb. O da inşandı axı. Anlayır ki, artıq karyerası bitib, onu hər hansısa adlı-sanlı nə kluba, nə də milliyə dəvət edəcəklər. Niyə də son şansından yararlanmasın? Əslində günah pul verəndədir, AFFA-da. Lakin bir məsələ də var ki, pul verən öz cibindən vermir. Dövlətin, bizim cibimizdən ötürür Santuşa. Pul demişkən. Məsələn, millinin hər uduzduğu oyuna görə bu futbol başbilənlərini maddi olaraq cəzalandırsaydılar, bəlkə də vəziyyət nisbətən yaxşı olardı.

Hələliksə… Heç nə. Hansısa bir nəhayətsizlik, çarəsizlik çöküb hər bir futbolsevərin qəlbinə. Adam sadəcə inana bilmir. Damarında azərbaycanlı qanı axanların bu qədər vicdansızlıq edəcəyini təsəvvür etmək çətindir. İndiki vəziyyətdə isə… Azərbaycan futbolu ÖLÜB! Vəssalam. Tam yeni adamlar gəlməlidir. Federasiya tam tərkibdə dəyişməlidir. Və futbolumuzu özüldən qurmağa başlamalıyıq. Bu gün başlasaq, bəlkə 10 ildən sonra bəhrəsini görə bildik. Hələliksə AFFA-nın – Azərbaycan Futbolunu Fəlakətə Aparanların dövrü davam edir. Nə vaxta qədər? Onlara bir “dur!” deyən tapılacaqmı? (İnsanoid.com).

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Noyabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see193

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see168

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see149

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see142

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see140

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see138

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see137

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see129

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see127

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see126

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see126

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see122

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri