Icma.az
close
up
RU
Qəbələ nin idman direktoru: Legioner limitinin ləğvi Azərbaycan futbolunu məhvə aparmayacaq

Qəbələ nin idman direktoru: Legioner limitinin ləğvi Azərbaycan futbolunu məhvə aparmayacaq

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

"Bəziləri düşünür ki, legioner limitinin ləğvi Azərbaycan futbolunu məhvə aparacaq. Bu fikirlərlə qətiyyən razı deyiləm".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında I Liqada çıxış edən "Qəbələ" klubunun idman direktoru Səbuhi Səfiyarlı deyib.

O, indiyədək ölkə çempionatında müxtəlif limitlərin olduğunu xatırladıb: "Legioner limitinin ləğvi haqqında danışanda hər iki mövqeyi müdafiə edənlərin özlərinə görə arqumentləri var. Daha əvvəl 21 yaşadək futbolçular üçün də var idi. Gənc oyunçuların oynaması, şans qazanması, yetişməsi və gələcəkdə yığmaya xeyir verməsi üçün tətbiq olunurdu. Amma bu, baş vermədi. Bütün bunlar ona görə edilirdi ki, yerli oyunçular yetişdirilsin. Amma yenə görürük ki, yığmada "milliləşdirilmiş" futbolçular oynayırlar. Son illərdə də milli həmişə seçmə mərhələlərdə qrup sonuncu olmamaq üçün mübarizə aparırdı. Komanda UEFA Millətlər Liqasında bunu da bacarmadı və D Liqasına düşdü".

Səfiyarlının sözlərinə görə, yaxşı yerli oyunçular yenə meydana çıxacaqlar: "İzah edirlər ki, guya azərbaycanlıların oynamaq şansı olmayacaq. Bunun fərqi yoxdur. Çünki legionerlərin sifarişi üçün elə məbləğlər var ki, onu heç də bütün klublar ödəyə bilməyəcəklər. Ancaq yaxşı büdcəyə malik olanlar verə biləcəklər. Orta və aşağı büdcəyə malik klublar yenə yerlilərdən yararlanacaqlar. Bu, azərbaycanlı futbolçulara da özünü göstərmək şansı verəcək. Bəzi absurd fikirlər səsləndirilir ki, klublar keyfiyyətsiz legionerlər gətirəcək. Bir klub keyfiyyətsiz oyunçunu niyə komandaya cəlb etsin? Hazırkı sirafiş ərizələrində hər klubun 13-14 əcnəbi oyunçusu var. Bundan artıq da olmayacaq. Çünki 13-cü legionerin qiyməti 100 min manatdır. Növbəti mövsümdən klubların əksəriyyəti 13-cü legioneri almayacaq. Keyfiyyətsiz legioner gətirəcəklər? Belə olanda komanda I Liqaya düşəcək. Klub limit olsa və ya olmasa da, legioner cəlb edir. Hansısa şəxsin fikrində başqa şeylər varsa, bunun limitə aidiyyatı yoxdur".

Klub rəsmisi artıq bəzi futbolçuların Azərbaycan pasportuna arxayın olmayacağını söyləyib: "Limit olduğu dönəmdə bəzi futbolçular layiq olmadıqları klublarda layiq olmadıqları pulu alırdılar. İndi isə öz mövqeyindəki legioneri üstələmək istəyəcək ki, daim oynasın. Bu hardasa yerli oyunçuların keyfiyyətinin artmasına səbəb ola bilər. Hamısına aid olacağını demirəm. Çünki futbolçuların potensiallarını, nəyə qadir olduqlarını bilirik. Artıq azərbaycanlı oyunçular daha çox çalışmağa məcbur qalacaqlar. Bu halları görəcəyik. Çox yanlış fikirdir ki, legioner limitinin ləğvi yerlilərin qarşısını alacaq. Yaxşı oyunçu yenə də oynayacaq, özünə yer tapacaq. Limitin ləğvi yerli futbolçuların qazancına da təsir edəcək. Beləliklə, özlərinə qarşı daha tələbkar olmağa başlayacaqlar. Premyer Liqa klubları limit olduğu üçün yerli futbolçuları icarəyə vermirdilər. Hər zaman azərbaycanlı futbolçu lazım ola bilirdi. Birini oynadırdılar, digərini isə ehtiyatda saxlayırdılar. Artıq belə problem olmayacaq və digər klublara icarəyə veriləcəklər. Komanda sayının 12-yə qaldırılması yerli futbolçuların komanda seçimlərinin artması deməkdir. Premyer Liqaya layiq olmayan isə I Liqada çıxış edəcək. Bu da aşağı dəstənin səviyyəsinin artmasına gətirib çıxaracaq. Əvvəl-axır bunlar baş verməli idi. Yerli futbolçularda çox rahatlıq var idi. Onları silkələmək lazım idi. Belə qərarın verilməsi bəlkə də yaxşı hal olacaq. Məncə, limitin ləğvi uzun müddətli ola bilməz. Yerli futbolçuların səviyyəsi artdıqdan sonra yenidən bu məsələyə qayıtmaq olar. Hər halda, uzun müddət davam etməyəcək. Çempionatda 12 komandanın olması isə son illərdə verilən ən yaxşı qərarlardan biri, bəlkə də birincisidir. Klub sayı mütləq artmalı idi".

Qeyd edək ki, hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün rüsumlar tətbiq olunub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri