AFFA bu klubunu böyük məbləğdə cərimələdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
AFFA İntizam Komitəsi I Liqanın XVII turu çərçivəsində "Şəfa" və "Şahdağ Qusar" klubları arasında keçirilən oyunda baş verənlərlə bağlı qərar qəbul edib.
Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Qusar təmsilçisi ümumilikdə 6510 manat, paytaxt komandası isə 210 manat məbləğində cərimələnib.
"Şahdağ Qusar"ın həkimi Müşfiq Hümmətli ilə məşqçi Babək Allahverdiyev hakimi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə aldıqları üçün klub 6000 manat, 5 futbolçusu sarı vərəqə aldığı üçün 210 manat, icraçı direktor Mirzə Bayramov isə "A buraxılışı" akkreditasiyası olmadan Zona 1-ə daxil olduğu üçün 300 manat ziyana düşüb.
"Şəfa" isə 5 futbolçusu sarı vərəqə aldığı üçün 210 manat məbləğində cərimə ödəyəcək.
Qeyd edək ki, Binə qəsəbə stadionunda keçirilən matç "Şəfa"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Mart 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















