Icma.az
close
up
RU
AFFA da mövsümün ilk iclası keçirildi

AFFA da mövsümün ilk iclası keçirildi

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA-nın inzibati binasında Misli Premyer Liqası, I və II Liqada, həmçinin Yüksək Qızlar Liqasında çıxış edən klubların nümayəndələri üçün 2025/2026-cı illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, iclasda iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb, bütün klublara uğurlar arzulayıb. Eyni zamanda iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin mütəxəssisi Anna Polatovska çıxış edərək, iştirakçılara UEFA-nın Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan futbol klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlili və qadınlar arasında UEFA Çempionlar Liqasında mübarizə aparmaq üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat verib.

İclasda asağıdakı mövzulara aid təqdimatlar keçirilib:

– Ötən mövsümün icmalı və Klubların Lisenziyalaşdırılması Departamentinin yenilənmiş təşkilati strukturu;

– Prosesə aid rəsmi sənədlərdə və lisenziyalaşdırma üzrə qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər;

– Mövsüm ərzində təşkil olunacaq yerlərdə treninqlər və seminarlar;

– Ötən mövsümdən etibarən lisenziyalaşdırma sistemi çərçivəsində tətbiq olunan elektron portal.

Portal klublar tərəfindən sənədlərin təqdim olunması, onların qiymətləndirilməsi və prosesə aid digər məsələlər üçün nəzərdə tutulub.

İclasın sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.

Eyni zamanda, cari mövsümdən etibarən UEFA-nın yeni layihəsi çərçivəsində milli assosiasiyalar arasında lisenziyalaşdırma məsələləri üzrə təcrübə mübadiləsi proqramı təşkil olunur. Həmin proqram çərçivəsində yuxarıda qeyd olunmuş tədbirdə Qazaxıstan Futbol Federasiyasının (QFF) lisenziyalaşdırma mütəxəssisləri iştirak ediblər. QFF-nin Lisenziyalaşdırma Şöbəsinin rəhbəri Yerjan Mussabekov Qazaxıstanda tətbiq olunan lisenziyalaşdırma sistemi barədə məlumatları bölüşüb. Təcrübə mübadiləsi proqramı çərçivəsində həftənin sonunadək bir neçə görüş nəzərdə tutulub. Belə ki, AFFA və QFF əməkdaşları lisenziyalaşdırma məsələləri üzrə ətraflı müzakirə edəcək, öz təcrübələrini bölüşəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 İyul 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Hava kəskin dəyişir Güclü külək, leysan...

29 Sentyabr 2026 08:37see128

Aralarında yaranan pul borcu faciə ilə bitdi TƏFƏRRÜAT VİDEO

29 Sentyabr 2026 09:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri