Icma.az
close
up
RU
AFFA da rəhbərlik dəyişməli, günahkarlar cəzalandırılmalıdır Deputat

AFFA da rəhbərlik dəyişməli, günahkarlar cəzalandırılmalıdır Deputat

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan futbolu olduqca bərbad vəziyyətdədir və bu vəziyyət ilbəil daha da pisləşir. Azərbaycan millisi cırtdan ölkələr də daxil olmaqla, demək olar, bütün millilərə uduzub və reytinq cədvəlində hər il aşağıya doğru gedir. Belə durumda AFFA-nın tənqid olunması da təbiidir. AFFA-nın fəaliyyəti də, yanlış qərarları da göz önündədir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, 2005-2015-ci illəri əhatə edən dövrdə Prezident futbolun inkişafı üçün 1 milyard ayırmışdı, bu vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair şübhələr var:
“Çox ciddi araşdırmalı olan məsələlər var. Məsələn, xaricdən legionerlər gətirilir, hansı ki, özlərini doğrultmurlar. Milli komandaya xaricdən məşqçilər gətirilir, dünya futbolunda dələduzluğu ilə tanınan şəxslər gətirilir. AFFA-nın bu cür müqavilələr imzalaması və bu adamları yüksək məbləğlərlə ölkəyə gətirməsi çox böyük suallar və şübhələr yaradır. Bu məsələlər araşdırılmalıdır.
Milli komandanın oyunu çox böyük utanca səbəb olur. Bu vəziyyəti yaradanlar tapılmalı və cəzalandırılmalıdır. Çünki bu, Azərbaycan adına çox böyük ləkədir. Radikal addımlar atılmalıdır, AFFA-da çox ciddi dəyişikliklər olmalıdır. Bu gün futboldan xəbəri olmayan adamlar AFFA-da müxtəlif vəzifələrdə çalışırlar. AFFA-nı futbolumuzu rəzil hala salmaq üçün məkan kimi seçiblər. Ciddi islahatlara gedilməlidir, rəhbərlik də dəyişilməlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri