Icma.az
close
up
RU
Növbəti addımda günahkarlar cəzalandırılmalıdır! Türkiyəli general

Növbəti addımda günahkarlar cəzalandırılmalıdır! Türkiyəli general

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını çatdırıb.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Türkiyəli general Yücel Karauz Vladimir Putinin üzrxahlığını şərh edib.
O, Modern.az-a bildirib ki, Vladimir Putinin üzr istəməsi Rusiyaya və özünə yaraşan addımdır:
"Rusiya lideri Putinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək üzr istəməsi Rusiyaya və şəxsən Putinin özünə yaraşan mövqedir. Kaş ki bu addımı daha qısa müddətdə atsaydılar... Onda işlər heç bu nöqtəyə də gəlib çatmazdı. Nəticə etibarilə gec də olsa, Putinin belə bir münasibət göstərməsi Azərbaycan xalqının, dövlətinin iradəsini, təmkinli davranmasını nümunə kimi ortaya qoydu. Bu, əslində, Azərbaycan dövlətçiliyinin uğurudur. Azərbaycan və Rusiya qonşu və strateji müttəfiqdir, iki ölkə arasında əlaqələrin davam edəcəyi təbii  haldır. Hər hadisəni öz içərisində dəyərləndirmək lazımdır. Putinin ölənlərə rəhmət və yaralılara şəfa diləməsi önəmli hadisədir".


Türkiyəli general bundan sonra səhvə yol verənlərin cəzalandırılamasının da vacib olduğunu vurğulayıb:


"Bundan sonra atılmalı addım müştərək beynəlxalq araşdırma komisssiyası ilə hadisənin araşdırılmasıdır. Azərbaycan Hava Yollarının və hadisədən zərərçəkənlərin ailələrinə təzminat ödənilməsi, araşdırmalar nəticəsində istər texniki, istərsə də qəsdən səhvə, diqqətsizliyə yol verənlərin cəzalandırılması növbəti addım olmalıdır. Çünki bu, bəsit səhv deyil. Mən Putinin üzr istəməsindən sonra bu məsələlərə də əl atacağını düşünürəm. Rusiyanın işbirliyi içərisində olacağına, müttəfiqi Azərbaycanı itirməmək üçün lazımi addımları atacağına inanıram".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri