Icma.az
close
up
RU
AFFA da sevindirərmiş…

AFFA da sevindirərmiş…

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uzun illərin gərginliyi azalmaqdadır sanki. AFFA artıq qıcıqlandırmır. Əksinə, İcraiyyə Komitəsinin dünənki iclasından çıxan qərarlar sevindirdi. Bu işdə bizim də payımızın olması sevinci daha da artırır…

2025/26 mövsümünün 12 komandalı olacağı dəqiqləşmişdi. Reqlament isə bu dəfə təsdiqləndi: 3 dövrə (33 tur).

Və ən vacib məqam: liqanın sonuncusu I Liqaya düşəcək. “Futbolpress.az“ın bu barədə İK-dakı çək-çevirlərə kökündən təsir edəcək araşdırma məqaləsində ilk dəfə bu barədə detallı, tutarlı məqamlar/arqumentlər qeyd olunmuşdu.

Məhz bu qərar ilk dəfə AFFA barədə mediada da, futbol ictimaiyyətində də nəinki neqativ reaksiyalar yaratmadı, əksinə, alqış qazandırdı.

Ümumiyyətlə, yeni AFFA rəhbərliyinin çatışmazlıqları, idarəetmədəki boşluqları kifayət qədər olsa da, əvvəlkilərdən daha demokratik və səmimi olduqları sezilir. Bu səbəbdən futbol qurumlarıyla cəmiyyət arasında kommunikativ funksiyanı daşıyan media subyekti olaraq peşəkar qeydlər, araşdırmalarımızla proseslərdə fəal iştirak etməyə çalışırıq. Son dövrlər elə təkcə liqanın reqlamenti mövzusunda onlarla material hazırlanıb. Onlardan bir necəsini sizə yenidən təqdim edirik (1, 2, 3)

Həmçinin son iclasda Peşəkar Futbol Liqasından nümayəndəsini (vitse-prezident Aslan Şahgəldiyev) iştirakı da sevindiricidir. Və bunda da rolumuzun olması xoş hisslər yaradır. Xatırladaq ki, PFL indiyədək İK iclaslarına dəvət edilmirdi və bu məsələni geniş şəkildə gündəmə gətirib yenə dəlillərlə yanlış olduğunu göstərmişdik. Ümid edirik, bu və başqa qurumlar da öz növbəsində öz hüququnu/nüfuzunu qorumaqda daha səhih davranar.

Bəli, qeyd etdik, AFFA artıq əvvəlki kimi deyil. Mətbuatın, ictimaiyyətin fikir və çağırışlarına daha həssas yanaşmağa başlayıb. Doğru qərarların faydası mütləq görünəcək. Lakin…

Hələ görüləcək işlər çoxdur. Lap çox…

AFFA daxildən və xaricdən “çistka” edilməlidir. Doğru niyyətlilər azdır və onlar bu istiqamətdə qətiyyətli addımlar ay aşa, ölkə futbolunun “tormozlanması” üçün əlindən gələni etmiş qvardiya yenə hücuma keçəcək. Elə “Yeni AFFA-nın” tərkib hissəsində də “toksiklik” yaradanlar var. Başda Rövşən Nəcəf olmaqla, köhnə rəhbərlikdən qalmış yeganə kadr Sərxan Hacıyev və… Necə ki əsasnamə məsələsində qətiyyət göstərildi, idman prinsipləri qorundu, eləcə də strukturlaşma istiqamətində reforma aparılmalı, möhkəm mexanizmi olan idarəetmə yaradılmalıdır.

Göründüyü kimi, sizə “düşmən” qismində təqdim edilən tənqid edən azlıq ortastatistik pozitiv qərara belə alqış edir, sevinir. Deməli, “düşməni” tanımaq lazımdır, sizi aldatmasınlar.

İdman mediasının kiçik kəsimi, inkişafı tələb edən azarkeşlər, doğru/peşəkar fikri deməkdən çəkinməyən, satılmayan azsaylı futbol mütəxəssislərinə üz çevrilməməlidir. Əvvəlkilər bu cür edirdi, ona görə də Azərbaycan futbolunun bərəkəti qaçmışdı… Lazımsız aqressiyalar, neqativ aralar – hamısı bilərəkdən yaradılırdı. Bu mühit futbolumuza daraşmış və kök salmış “işbazlar” üçün sərfəli(idi)dir…

AFFA prezidenti Rövşən Nəcəf, vitse-prezident Balakişi Qasımov, icraçı vitse-prezident Sərxan Hacıyev bu detala həssaslıqla və ciddi önəm versə, fayda görə bilərik. Doğru informasiya, peşəkar təhlil və ən əsası, dürüst niyyəti olanları tanımağınız sizinçün çətin olmaz. Qulağa pıçıldanan, arqumentli izah edilməyən nələrəsə inanmağın bədəli ağır olacaq. Onda babalı “sərvətin boynuna biçiləcək”…

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Fevral 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri