AFFA hakimi hədəf alan klub rəhbərinə 15 min manat CƏZA KƏSDİ...
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AFFA İntizam Komitəsi Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Turan Tovuz” – “Zirə” oyunu ilə bağlı cəzaları açıqlayıb. “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə, klub 5000 manat cərimələnib.
Görüş bitdikdən sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə, Tovuz təmsilçisi daha 15000 manat cəriməyə məruz qalıb. Heyətində 4 nəfər sarı vərəqə aldığı üçün isə “Zirə” 700 manat cərimə ilə üzləşib.
Mətləb
Baxış sayı:123
Bu xəbər 10 Aprel 2026 01:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















