Icma.az
close
up
RU
AFFA İcraiyyə Komitəsinin sabiq üzvü: İnkişaf strategiyası Azərbaycan futboluna öz töhfəsini verəcək MÜSAHİBƏ

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü: İnkişaf strategiyası Azərbaycan futboluna öz töhfəsini verəcək MÜSAHİBƏ

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü, Azərbaycan II Liqasında çıxış edən "Dinamo" klubunun prezidenti Yaşar Seyidov "Report"a müsahibə verib. O, AFFA-nın inkişaf strategiyasının əsas hədəflərindən və məsələnin həll yollarından danışıb. Futbol funksioneri yeni strategiyanın Azərbaycan futbolu üçün faydalı ola biləcəyini bildirib.

- AFFA-nın yeni inkişaf strategiyası ilə tanış olmusunuz. Əsas 5 hədəflə bağlı nə deyə bilərsiniz?

- AFFA-nın inkişaf strategiyasının əsas 5 hədəfi artıq ictimaiyyətə təqdim olunub. Bəndləri oxuyan hər kəs artıq məlumatlıdır. Düşünürəm ki, əsas yaralı yerimiz gənc futbolçuların Avropanın aparıcı klublarında çıxış etməməsidir. Bu səbəbdən istedadlı oyunçularımızı yetişdirmək üçün Azərbaycanın yeni, innovativ Futbolun İnkişafı Mərkəzi yaradılacaq. Bu praktika artıq Fransada öz bəhrəsini verib. İndi isə Azərbaycanın bütün bölgələrində seleksiya işləri aparılmalı, istedadlı gənclər üzə çıxarılmalıdır. Hətta sizə deyim ki, biz o vaxt “Bakı” klubunda çalışarkən bu təcrübəni həyata keçirmişdik. Ölkəmizin bölgələrindən oyunçuları üzə çıxarıb, yaratdığımız böyük “Bakı” layihəsinə cəlb edirdik. Demək olar ki, bütün bölgələrdən futbolçular yığmışdıq. Lakin sonradan maliyyə problemləri ilə üzləşdiyimiz üçün layihəni başa çatdıra bilmədik. İndi inanırıq ki, bu layihə Azərbaycan futboluna öz töhfəsini verəcək. Əsas 5 hədəfin ana xətti olaraq bu hissəni xüsusi qeyd edərdim.

- Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandalarımızın Avropa çempionatlarının final mərhələlərində mütəmadi iştirak edəcəyinə inanırsınız?

- Dediyiniz məsələnin həllini tapması üçün az öncə sadaladığımız işləri uğurla icra etmək lazımdır. Bizim yaşı az olan, gənc futbolçularımız Avropanın aparıcı klublarında top qovmasalar, Avropa çempionatının final mərhələlərində iştirak edə bilməyəcəyik. Baxın, Gürcüstan və Türkiyənin aşağı yaş qruplarından ibarət yığmaları mütəmadi olaraq final mərhələlərinə vəsiqə qazanırlar. Bütün bunlar uğurlu strategiyanın bəhrəsidir. Mən buna inanıram. Hər kəs öz üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirsə, uğur qazana biləcəyik.

- Gənc futbolçularımızın Avropanın aparıcı klublarında çıxış etməsi nə dərəcədə realdır?

- Veteran futbolçularımız İsgəndər Cavadov, İqor Ponomaryov, Əbdülqəni Nurməmmədov, Əsgər Abdullayev, Novruz Əzimov, Ələkbər Məmmədov və digərləri vaxtilə SSRİ çempionatında layiqli şəkildə çıxış edirdilər. Həmin vaxt SSRİ çempionatı 5 ən böyük çempionatlar arasında yer alırdı. Biz bunları unutmamalıyıq. Niyə də indiki futbolçularımız Avropada güclülər arasında yer almasınlar? Ona görə də gənclərə inanmalıyıq. Hətta strategiyanın əsas hissəsində “qələbəmiz hədəflərimizdə, inamımız gənclərimizdədir” sözləri qeyd olunub.

- Yazılan strategiyalar zamanı Azərbaycanın futbol ictimaiyyəti hansı yeniliklərdən xəbərdar oldular?

- Ümumiyyətlə, bildirməliyəm ki, bu strategiyadan sonra Azərbaycan futbolunda olan bəzi biabırçılıqlar üzə çıxdı. Yazılan bəndlərdən sonra bəlli oldu ki, Azərbaycan Liqalarında çıxış edən 34 klubdan cəmi 5-nin bazası minimum tələblərə cavab verir. Milli komandamız 3 stadionda oyunlarını keçirə bilir və bütün yaş qruplarından ibarət yığmalarımız Mərdəkanda yerləşən “Dalğa Arena”da məşqlərini keçirirlər. Azərbaycanda 65 Uşaq-Gənclər İdman Məktəbi mövcud olduğu halda, onlardan cəmi 5-nin futbol meydanı var. Azərbaycanda 4400 məktəb var və onlardan cəmi 40-da futbol dərsləri keçirilir. Sadaladığım bu hallar yazılan strategiyadan sonra üzə çıxdı. Heç vaxt belə bir şəraitdə güclü futbolçu yetişdirmək mümkün olmaz.

- Strategiya üçün ölkəyə gələn Belçika şirkətinin nümayəndələri ilə siz də görüşmüşdünüz. Hansı təklifləriniz oldu?

- Belçika şirkətinin nümayəndələri Bakıya gələndə Tahir Süleymanovla birgə onlarla görüşmək istədik və sağ olsunlar, bizi qəbul etdilər. Tahir müəllimlə öz təkliflərimizi irəli sürdük. Strategiyada yer alan mövzuların əksər hissəsi bizim tərəfimizdən təklif kimi irəli sürüldü. Minnətdaram ki, fikirlərimiz dinlənildi və bəndlərdə öz əksini tapdı. Strategiyanın əsas “beşliy”ində olan əsas bəndlərlə bağlı təklifi mən irəli sürmüşəm.

- Futbol funksioneri olaraq daha əvvəllər hansısa təkliflər hazırlamışdınız?

- Hələ Rövşən Nəcəf AFFA prezidenti təyin olunmamışdan öncə icraçı-vitse prezident Sərxan Hacıyevlə strategiya üzərində planlar qururduq. Bunu ilk dəfə sizə deyirəm. Təxminən 1 il bu mövzunu müzakirə etdik. Lakin vəsait olmadığına görə həyata keçirə bilmədik. Çox sevinirəm ki, artıq bu layihə hazırlanıb. Bu işlərdə Sərxan Hacıyevin də müstəsna rolu var. İnşallah, AFFA bu işin öhdəsindən layiqincə gələcək.

- Daha əvvəl Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı təsdiq edilsə də, effekt verməmişdi. Bunun səbəbi nə idi?

- İndi biz o vaxt buraxdığımız səhvləri təkrarlamamalıyıq. Həmin vaxt yazılan strategiyadan məsul şəxslər hesabat təqdim etmədilər. Ona görə təklif kimi irəli sürərdim ki, hər 6 aydan bir bu işdən məsul şəxslər ictimaiyyətə hesabat təqdim etsinlər və işlərin hansı istiqamətdə irəlilədiyini göstərsinlər.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Yanvar 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri