AFFA futbolçuların lisenziyalarını saxtalaşdıran klubları cəzalandırdı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Oxu.Az xəbər verir ki, qurum U-13 və U-14 Liqalarında çıxış edən "Hindarx" komandaları ilə bağlı qərar verib.
Hər iki komandanın heyətində lisenziyası saxtalaşdırılmış futbolçular çıxış etdiyinə görə həmin oyunçuların meydana çıxdığı bütün matçlarda Ağcabədi təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. "Hindarx" yarışlardan kənarlaşdırılıb.
Ağcabədinin digər klubu "Olimpiya"nın rəsmisi Orxan Mehman oğlu Əliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə bir il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb. "Hindarx" rəsmisi Samiq Raqif oğlu Quliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə altı ay müddətinə futbolla bağlı fəaliyyətdən uzaqlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Mart 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















