AFFA milli komandalarımızın baş məşqçilərini açıqladı
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AFFA milli komandalarımızın baş məşqçilərini açıqladı
AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, namizədlərin təyinatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.
Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri təyin olunublar:
U-15 – Aleksandr Qross
U-16 – Famil Xəlilov
U-17 – Emin Mustafayev
U-18 – Mahmud Qurbanov
U-19 – Elgiz Kərəmli
Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Avqust 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















