AFFA milli komandanın Rusiya ilə yoldaşlıq oyunları keçirəcəyini təsdiqləyib
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Rusiya yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Bu barədə AZƏRTAC-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qarşılaşmalar Soçi şəhərində reallaşacaq. Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv ilk görüşünü noyabrın 28-də "Fişt" stadionunda, ikinci matçını isə dekabrın 2-də “Soçi” klubunun təlim-məşq bazasında keçirəcək. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq hər iki oyun azarkeşsiz təşkil olunacaq.




AFFA milli komandanın Rusiya ilə yoldaşlıq oyunları keçirəcəyini təsdiqləyib
20 Noyabr 2024 15:00
AFFA milli komandanın Rusiya ilə yoldaşlıq oyunları keçirəcəyini təsdiqləyib AZƏRTAC
20 Noyabr 2024 14:44
Yığmamız Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
20 Noyabr 2024 16:29
Millimiz Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
20 Noyabr 2024 13:58

