Icma.az
close
up
RU
“Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib“ “Deutsche Welle“

“Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib“ “Deutsche Welle“

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Kiberhücumlar, dezinformasiya və "kölgə donanması" hədəfdə..."

Avropa İttifaqı Şurasının məlumatına görə, 15 dekabr tarixində Aİ Rusiyanın Avropa ölkələrinə qarşı həyata keçirdiyi hibrid hücumlara görə yeni sanksiyalar paketi qəbul edib. 

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Məlumarda deyilir ki, bu qərar fiziki şəxsləri və təşkilatları əhatə edir və həmçinin Rusiyanın "kölgə donanması" ilə əlaqəli fəaliyyətlərə qarşı yönəlib.

Kiberhücumlar və dezinformasiya fəaliyyətləri

Aİ Şurasının açıqlamasında bildirilir ki, sanksiyalar Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin 29155 saylı bölməsinə, eləcə də "Cadet Blizzard" adlı haker qruplaşmasına qarşı tətbiq olunub. Onlar Çexiya və Ukraynada kiberhücumlar və digər hibrid əməliyyatların təşkilində ittiham edilir.

Məlumata görə, "Cadet Blizzard" 2022-2023-cü illərdə Çexiyada kritik infrastruktura aid sistemlərə qeyri-qanuni giriş əldə edib, şəbəkə daxilində hərəkət edərək kəşfiyyat əhəmiyyətli məlumatlar oğurlayıb. Aİ vurğulayır ki, bu hücumlar əhalinin birbaşa təhlükəsizliyini təhdid etməsə də, ciddi risklər yaradıb.

Bundan əlavə, sanksiya siyahısına Kremlə yaxın hesab edilən 12 nəfər daxil edilib. Onların arasında xarici siyasət analitikləri, beyin mərkəzləri və universitetlərlə bağlı şəxslər, eləcə də Rusiyanın Ukraynaya qarşı təcavüzünü əsaslandıran, antiukrayna və anti-NATO narrativlərini yayan ictimai rəy formalaşdırıcıları var. Aİ qeyd edir ki, bu şəxslərin bəziləri əvvəllər Qərbi Avropa ölkələrində hərbçi və ya polis əməkdaşı olub.

"Kölgə donanması"na qarşı maliyyə və nəqliyyat məhdudiyyətləri

Eyni gün Avropa İttifaqı Rusiyanın "kölgə donanması" ilə əlaqəyə görə də əlavə sanksiyalar tətbiq edib. Bu çərçivədə daha 5 fiziki şəxs və 4 təşkilat sanksiya siyahısına salınıb. Onların "Rosneft" və "Lukoyl" kimi iri dövlət neft şirkətləri ilə birbaşa və ya dolayı əlaqədə olduqları bildirilir.

Aİ Şurasının açıqlamasına görə, bu şəxslər və şirkətlər Rusiya mənşəli xam neft və neft məhsullarını daşıyan gəmilərə nəzarət edir, yükün real mənşəyini gizlədir və yüksək riskli, qeyri-şəffaf gəmiçilik praktikalarından istifadə edirlər. Sanksiyalar BƏƏ, Vyetnam və Rusiyada yerləşən və artıq məhdudiyyət altında olan "kölgə" tanker donanmasını idarə edən şirkətləri də əhatə edir.

Qəbul edilən tədbirlər aktivlərin dondurulmasını, maliyyə əməliyyatlarının qadağan olunmasını və həmin şəxslərin Aİ ölkələrinə, hətta tranzit məqsədilə də daxil olmasının yasaqlanmasını nəzərdə tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri