AFFA milliyə pul mükafatı ayırdı Oynamayan futbolçuya 12500 manat...
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AFFA rəhbərliyi millimizin dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ukrayna ilə heç-heçə (1:1) etməsinə biganə qalmayıb.
Bakupost.az İdmanxeber.az-a istinadən xəbər verir ki, yığmanın futbolçuları bu nəticə üçün pul mükafatı alacaqlar.
Rəhbərlik bu matçda meydana əsas heyətdə çıxan oyunçuların hər birinə 25 min manat mükafat ayırıb.
Qarşılaşmaya sonradan daxil olan futbolçular bu məbləğin 75 faizini (18 750 manat), görüşü ehtiyatdan izləyənlər isə 50 faizini (12 500 manat) alacaqlar.

AFFA Ukrayna heç heçəsi üçün milliyə bu qədər pul ayırdı
11 Sentyabr 2025 10:02
Bu mövsüm oynamayan hücumçuya yeni müqavilə
30 Aprel 2025 18:42
Santuş: “Oynamayan futbolçu toplanışa dəvət almayacaq”
23 May 2025 17:41
Oğlu oynamayan prezident baş məşqçini qovub
08 Fevral 2025 19:56
5 aydır oynamayan Rodri sıraya qayıdır
02 Mart 2025 15:56

