Icma.az
close
up
RU
Ramazanov: “Klubunda oynamayan oyunçu milliyə nə verə bilər?” (MÜSAHİBƏ)

Ramazanov: “Klubunda oynamayan oyunçu milliyə nə verə bilər?” (MÜSAHİBƏ)

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində son oyunda Fransaya məğlub olub – 1:3.

Yığmanın veteran futbolçusu Zaur Ramazanov millinin nəticələri ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Millinin son oyunlarını necə şərh edərdiniz?
– İslandiya ilə oyun alınmadı. Yığma bu matçda özünü göstərə bilmədi. Əvvəlki matçlardan da zəif çıxış etdilər. Müdafiə futbolu oynamaqla nəsə etmək bizdə alınmır. Amma Fransaya qarşı ilk 15 dəqiqəni əla oynadıq. Ümumi baxanda da pis deyildik. Futbolçular pressinq etdi, əks-hücumlara çıxdı, amma yekunda nəzərə alaq ki, rəqib Fransa idi.

– Komanda tsiklda 5 oyuna 1 xal topladı…
– Heyətlə bağlı problemlər var. Baş məşqçi dəyişikliyi oldu. İndi bu geridə qalıb və gələcəyə baxmaq lazımdır. Ayxan Abbasova komandanı formalaşdırması üçün zaman lazımdır.

– Abbasovun taleyi də sual altındadır. Dəyişiklik olsa, yenidən legioner gəlməlidir?
– Xeyr. Abbasovla davam edilməzsə, başqa yerli mütəxəssislər nəzərdən keçirilməlidir. 65 nəfər Pro kateqoriyalı məşqçimiz var, amma baxsan, 5 faizi işləyir. Millidə yerli məşqçi olması mütləqdir.

– Hazırda yığmada əsas problem oyunçuların praktikasının azlığıdır. Bununla bağlı fikirləriniz nədir?
– Legioner limitinin ləğvi ilə bunun olması gözlənilən idi. Klubunda oynamayan oyunçu milliyə nə verə bilər? Baxırsan ki, can atırlar, pressinq etməyə çalışırlar, amma bir nöqtədən sonra artıq fiziki gücləri buna çatmır. Bu da onların oynamaması ilə bağlıdır.

– Bəs nə etmək lazımdır?
– Limit ləğv olunmalıdır. Bizim yerli oyunçuların demək olar, xaricdə gedib, top səviyyədə oynamaq potensialları da elə yoxdur. Ona görə çempionatımızda klublarda oynamalıdırlar. Nə qədər ki, futbolçu milliyə hazır getməyəcək, belə problemlər olacaq.

– Narazılıq yaradan əsas məqamlardan biri də hücumçu çatışmazlığıdır. Son illərdə millidə yaxşı, qol vura bilən hücumçu demək olar, yoxdur…
– Düzdür, Rauf Əliyevdən sonra demək olar, yaxşı tipik hücumçu çıxmayıb. Mahir var, amma o da cinahlarda oynayanda daha effektiv ola bilir.

– Nə üçün hücumçu yetişmir?
– Özüm seleksiya işləri ilə məşğulam. Aşağı yaş qruplarında yaxşı oyunçular var, amma onlar da bir nöqtəyə çatandan sonra kənarda qalır. Futbolçu var, yaxşı oynayır, lakin əsas komandaya qalxanda heyətə düşə bilmir. Üstəlik, 18 yaşları olanlar hərbi xidmətə yollanmalı olur. Burda da valideyn artıq onu futboldan ayırır, başqa sahəyə yönləndirməyə başlayır. Belə problemlərimiz var. U-15 yığmasında oynayan Həsən Ramazanov qardaşım oğludur. Ümidim onadır ki, bəlkə, gələcəkdə yığma üçün yaxşı hücumçu olar.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 Noyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see14692

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see878

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see278

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see190

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see158

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see132

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see132

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see131

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see129

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see129

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see125

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see123

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri