Icma.az
close
up
RU
“AFFA nın keçmiş rəhbərliyi bu layihəmizə bir qəpik də vəsait ayırmadı”

“AFFA nın keçmiş rəhbərliyi bu layihəmizə bir qəpik də vəsait ayırmadı”

Icma.az, Qol.az saytına istinadən bildirir.

“AFFA-nın keçmiş rəhbərliyi bu layihəmizə bir qəpik də vəsait ayırmadı”

Bakı Futbol Federasiyasının preziententi Tahir Süleymanov uşaq futbolçuları arasında bir neçə il əvvələ qədər hər il keçirilən “Sabahın ulduzları” yarışı ilə bağlı maraqlı açıqlalamalar verib.

O, bu barədə QOL.az saytına danışıb. 

T.Süleymanov bildirib: “Keçmişə qayıtmaq istəmirəm, bu günü, sabahı düşünməliyik. Bu barədə çox yazılıb, çox deyilib. "Sabahın ulduzları" layihəsinə fasilə verilmədi, top çiləyə-çiləyə futbolu məhv edənlər tərəfindən qarşısı düşməncəsinə alındı. 2007-ci ildə AFFA-ya baş katib təyin edilən Elxan Məmmədov da "Sabahın ulduzları" yarışlarına baş çəkərdi... 

Bir faktı qeyd edim, "Sabahın ulduzları" layihəsinə o vaxtlar assosiasiya tərəfindən bir qəpik də olsun vəsait ayrılmayıb, dəstək verilməyib. Yeganə şəxsi nüfuzumuz sayəsində Hakimlər Komitəsi ilə sıx əlaqədə olmuşuq və onlar da futbolçuların yetişməsi kimi yeni gənc hakimlərin üzə çıxmasında maraqlı olublar. "Sabahın ulduzları" layihəsi prosesə cəlb etdiyimiz klubların, cəmiyyətlərin, uşaq məşqçilərinin, can yandıran fədakar insanların sayəsində fəaliyyət göstərib. 200 min futbolçunu kağız üzərində qeydiyyata alanlara "Sabahın ulduzları", ümumilikdə futbolun inkişafı sərf etməzdi”.

Süni maneələr, futbola yanaşma fərqli olduğuna görə, qarşılıq verilməyib. "Azərbaycanlı futbol oynaya bilmir", "futbolçu yetişmir, yoxdur" bəhanələri ilə Berlində futbol "məktəbi" açılıb, illər itirilib, neçə-neçə futbolçu nəsli məhv edilib. 

Həmsöhbətimiz “Sabahın ulduzları” layihəsinin yenidən bərpa olunması və onun perspektivi haqda düşüncələrini də bölüşüb: “AFFA-da seçki Konfransından sonra rəhbərlik, kadr dəyişikləri baş verdi. Nizamnamə tələblərinə uyğun səs hüququna malik qurumlardan biri Bakı Futbol Federasiyasıdır. Yəni fedrasiya rəsmiləri ilə görüşlərimiz oldu. Danışıqlarımız bir qədər vaxt apardı. Bilirsiniz, AFFA-nın yeni İnkişaf Strategiyasının hazırlanmasında  iştirakımız olub, bir çox təkliflərimlə yanaşı, AFFA-nın strukturuna uyğun 8 regional futbol mərkəzinin yaradılması ideyam yüksək qiymətləndirilib və qəbul edilib. Yeri gəlmişkən, bildiyim qədərilə, bununla bağlı AFFA bölgələrdə aktiv manitorinqlər keçirir, yoxlamalar aparılır, hazırlıq işləri davam edir. Danışıqlarımızın sonrakı mərhələlərində özünü praktiki olaraq doğrultmuş, futbol ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul edilmiş "Sabahın ulduzları" layihəsinin yenidən, daha üst səviyyədə bərpası təklifini irəli sürdüm. Layihə ilə bağlı AFFA-nın vitse-prezidenti Balakişi Qasımovla fikir mübadiləmiz oldu, çox bəyənildi və federasiya rəhbərliyi səviyyəsində müzakirəyə çıxarıldı. İcraçı vitse-prezident Sərxan Hacıyev  "Sabahın ulduzları"na yaxından bələd idi, vaxtilə, daha gənc yaşlarında bu yarışlarda hakimlik etmişdi, layihənin səviyyəsini əyani bilirdi. 

AFFA-ya yeni baş katib Cahangir Fərəcculayev təyin edildikdən sonra görüşümüz oldu, müzakirələrimiz davam etdi. Göstərilən diqqət sayəsində proses tədricən sürətləndi, AFFA prezidenti Rövşən Nəcəf məlumatlandırıldı, İcraiyyə Komitəsində müraciətimə baxıldı və tam dəstək verildi. Sonrakı mərhələnin icrası baş katibliyə tapşırıldı. Əməli işbirliyinə keçildikdən, anlaşmadan sonra, baş katib Cahangir Fərəcullayev prosesi daimi nəzarətdə saxlayır, ümumi AFFA rəhbərliyi adından dəstəyini əsirgəmir, uşaq-gənclər futboluna həssaslıqla yanaşırdı. Danışıqların müsbət yekunu olaraq AFFA və BFF arasında rəsmi müqavilə imzalanaraq birgə və əlaqəli fəaliyyətə başlanıldı. 

Niyə bunun üzərində təfsilatlı dayandım?! Vaxtilə keçmiş AFFA rəhbərliyinə dəfələrlə müraciətlərim olub, üzbəüz görüşlər keçirmişəm, amma nəticəsi olmayıb. Bu layihədən nə gözləyirəm? "Sabahın ulduzları" çox böyük, futbolun bir çox sahələrini özündə birləşdirən əhatəli, geniş layihədir. Vaxtilə bunun 15-20 faizinin həyata keçirilməsinə imkanımız oldu. Hazırkı münasibəti görüb "Sabahın ulduzları" layihəsinin mərhələli şəkildə tam gücü ilə həyata keçirilməsi real görünür. AFFA ilə qarşılıqlı işbirliyi sayəsində, bu inam yaranıb. Mane olmaq istəyənlər yoxdumu? Bu gün də var. Bütün maneələrin qarşısını alaraq, "Sabahın ulduzları" layihəsinin tək paytaxtda deyil, ölkə üzrə bütün yaş qrupları üzrə uşaq-gənclər futboluna şamil edilməsi ən doğru addım olar. Belə olacağı halda, istəyimiz də budur, yaxın gələcəkdə yeni-yeni istedadların daha üst səviyyədə üzə çıxması, parlaması, yerli futbolçuların legioner həyatı yaşaması, milli, yaş qrupları üzrə yığmalarımızın, klublarımızın keyfiyyətli futbolçularla təmin olunması və nəticələrin yaxşılaşması deməkdir. Azərbaycanda istedadlar yetərincədir.

Yetər ki, onların üzə çıxması üçün hərtərəfli, infrastrukturdan, akademiyalardan tutmuş sahələr üzrə, müasir tələblərə cavab verən mütəxəssislərin, məşqçilərin, hakimlərin hazırlanması, yarış səviyyəsinin yüksəldilməsi, ümumilikdə hərtərəfli şəraitin yaradılmasıdır. Azərbaycan futboluna dotasiya şəklində ayrılan vəsaitin səviyyəsiz legionerlərə xərclənməsinə son qoyulmalı, bununla bağlı çox ciddi, sərt qərarlar qəbul edilməli, ayrılan maliyyə infrastruktura, uşaq-gənclər futboluna, təhsil-tədrisə, analitik mərkəzə, təbliğat-təşviqata yönəldilməlidir. Ölkə futbolunda ümumi idarəçilikdən daha çox, futbol idarəçiliyi problemi mövcuddur. Bu da sırf futbol adamlarının işidir və layiq olanlara şərait yaradılmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 Fevral 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri