AFFA nümayəndələri UEFA nın baş qərargahında
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı üzrə şöbəsinin əməkdaşları Şəbnəm Eyyubova və Zəhra Vəlizadə UEFA tərəfindən təşkil olunan “SES Managers Annual Meeting” tədbirində iştirak edirlər.
QOL.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki baş qərargahında keçirilir. Görüş sosial və ətraf mühit dayanıqlığı, təhlükəsizlik və müvafiq təşəbbüslər sahəsində fəaliyyət göstərən menecerlər üçün illik müzakirə platforması rolunu oynayır. Görüş çərçivəsində iştirakın və təsirin artırılması, kommunikasiya və davamlılıq istiqamətində əməkdaşlıq, milli səviyyədə təşəbbüslərin formalaşdırılması və praktiki təcrübə mübadiləsi kimi mövzular müzakirə edilir.
Tədbir çərçivəsində AFFA əməkdaşları UEFA nümayəndələri ilə bir sıra görüşlər keçirərək müxtəlif aktual məsələlər ətrafında müzakirələr aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 07 Mart 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















