“Arsenal”dan tarixi rekord
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
İngiltərənin "Arsenal" klubu UEFA Çempionlar Liqasında (penalti seriyaları istisna olmaqla) ardıcıl 20 oyundur məğlub olmayaraq turnir tarixinin üçüncü ən uzun məğlubiyyətsizlik seriyasına nail olub.
“Yeni Sabah” xəbər verir ki, London təmsilçisi 2025/2026 və 2026/2027-ci il mövsümlərini əhatə edən bu uğurlu mərhələdə keçirdiyi 20 qarşılaşmanın 14-də qələbə qazanıb, 6-da isə heç-heçə edib. Bu göstərici ilə "topçular" qitənin ən nüfuzlu klub turnirinin tarixi rekordçuları sırasında ilk üçlüyə daxil olublar.
Çempionlar Liqası tarixində ən uzun məğlubiyyətsizlik seriyası isə digər İngiltərə təmsilçilərinə məxsusdur. Siyahıya 2022/2023 – 2024/2025 mövsümlərində ardıcıl 26 oyunda uduzmayan "Mançester Siti" başçılıq edir. İkinci pillədə 2007/2008 – 2008/2009 mövsümlərində 25 matçlıq seriya yaxalayan "Mançester Yunayted" qərarlaşıb. İnternetdən sifariş
Bu nəticə "Arsenal"ın son iki mövsümdə Avropa arenasında nümayiş etdirdiyi yüksək oyun sabitliyini bir daha təsdiqləyir.
Baxış sayı:59
Bu xəbər 25 Noyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















