AFFA Region Liqasında bir neçə komandaya texniki məğlubiyyət verdi
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən “Xıdırlı” komandasına texniki məğlubiyyət verib.
İdman.Biz milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna “Viləş”lə oyunun yarımçıq dayandırılması səbəb olub.
Sözügedən matçda azarkeşlər meydana daxil olaraq rəqib futbolçulara fiziki təzyiq göstəriblər. Nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə görüş yarımçıq dayandırıldığı üçün “Xıdırlı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni turnirdəki “İstiqlal” kollektivi də bu halla üzləşib. Komanda “Sabirabad”la dueldə meydanda olmadığından 0:3 hesablı məğlubiyyət alıb.
Region Liqasında “Hacıqabul” isə “Ucar”la matçda həkim təyin olunmadığı üçün eyni cəza ilə üzləşib.
Bundan əlavə, U-15 Liqasında “Xudat” “Kəpəz”lə oyunda, “Qəbələ” isə “Alfa” ilə qarşılaşmada meydana çıxmadığına görə texniki məğlubiyyət alıb.
Baxış sayı:108
Bu xəbər 26 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















