Icma.az
close
up
RU
AFFA rəsmisi: Son il ərzində görülən işlər UEFA tərəfindən müsbət dəyərləndirildi

AFFA rəsmisi: Son il ərzində görülən işlər UEFA tərəfindən müsbət dəyərləndirildi

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Son il ərzində görülən işlər həm UEFA, həm də digər ölkələrin federasiya nümayəndələri tərəfindən müsbət dəyərləndirildi.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov deyib.

Milli assosiasiya rəsmisi Polşanın Sopot şəhərində keçirilən 14-cü UEFA Kütləvi Futbol Konfransı və mükafatlandırma mərasimində iştirak etmələri ilə bağlı danışıb:

"55 ölkə nümayəndələrinin iştirak etdiyi konfransda son 3 ildə futbolun kütləviliyi istiqamətində görülən işlər haqqında geniş müzakirələr oldu. Digər ölkələrin təcrübələrini dinləmək, onlarla tanış olmaq, həmçinin öz təcrübələrimizi onlarla bölüşmək həqiqətən də bizim üçün müsbət xarakter daşıdı. Bu cür maarifləndirici konfransların tez-tez keçirilməsinin ölkəmizdə futbolun kütləviliyi istiqamətində gələcəkdə daha yaxşı işlər görməyimiz üçün təcrübə olacağını düşünürəm".

İsmayılov AFFA-nın son il ərzində kütləvilik istiqamətində gördüyü işlərə yüksək qiymət verildiyini söyləyib: "Həm UEFA, həm də digər ölkələrin federasiya nümayəndələri öz növbəsində həyata keçirdiyimiz bütün layihələrdə bizə dəstək olacaqlarını bildirdilər. UEFA nümayəndələri ilə il ərzində tez-tez onlayn görüşlər də keçiririk, onların təcrübələrini gündəlik iş planlarımıza tətbiq edirik".

O, son olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin planlarından bəhs edib: "Əsas hədəfimiz həyata keçirdiyimiz layihələrin miqyasını genişləndirmək, xüsusilə kütləviliyin əsas mənbəyi olan "Məktəblərdə Futbol Dərsi" layihəsi çərçivəsində məktəblərin sayını daha da artırmaq, ali təhsil olacaqlarında futbolla məşğul olan tələbələrin sayını artırmaqdan ibarətdir. Bildiyiniz kimi, AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə uşaqların erkən yaşda futbolla məşğul ola bilməsi üçün "Bağçalarda Futbol Dərsi" və "Playmakers" layihələri keçirilir və bu istiqamətdə görülən işləri daha da genişləndirmək istəyirik. Həmçinin layihələr üzərindən tək paytaxtda yox, eləcə də regionlarda kütləviliyin daha da artırılması üçün bir sıra işlər görməyi planlaşdırırıq".

Idman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Aprel 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri