AFFA Sabah ı 3000 manat cərimələdi
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Coy-Lens Mikelsi 1 oyun şərti olmaqla, 2 matç cəzalandırıb, komandanı 3000 manat cərimə edib.
Fanat.Az xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul olunub.
Almaniyalı oyunçu Misli Premyer Liqasının XXXII turunda, "Neftçi"yə qarşı görüşdə təcavüzkar davranışa (rəqibə topu aqressiv şəkildə atdığına) görə birbaşa qırmızı vərəqə aldığı üçün diskvalifikasiya edilib. Futbolçunun sınaq müddəti 6 ay müəyyənləşdirilib.
Həmin qarşılaşmada Neftçi"nin yarımmüdafiəçisi Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, komandası 500 manat cərimələnib.
"Şamaxı" – "Turan Tovuz" oyununda isə qərb təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat ziyana düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 May 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















